• $
  • £

Alternativ avtomobil yolu ilə gediş üçün ödəniş məbləğləri müəyyən edilib


Alternativ avtomobil yolu ilə gediş üçün ödəniş məbləğləri müəyyən edilib
01.06.2026 15:10

Tarif (Qiymət) Şurası alternativ avtomobil yolu ilə gediş üçün ödəniş məbləğlərini müəyyən edib.

Qurum xatırladıb ki, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri çərçivəsində bölgənin sosial-iqtisadi inkişafı, turizm potensialınından istifadənin və strateji əhəmiyyətli ərazilər arasında nəqliyyat əlaqəsinin genişləndirilməsi məqsədilə alternativ olaraq Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu tikilib.

Nazirlər Kabinetinin 1 aprel 2026-cı il tarixli qərarı ilə bu yol ödənişli yol kimi müəyyən olunub. Qanunvericiliyə əsasən, keyfiyyəti dövlət standartlarının tələblərinə cavab verən ödənişsiz avtomobil yolu mövcud olduqda alternativ ödənişli avtomobil yolları yaradıla bilər və bu yoldan istifadə seçimdən asılıdır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu ilə gediş üçün ödəniş məbləğlərinin təsdiq edilməsi ilə bağlı Şuraya müraciət edilib və bu gün bu məsələyə baxılıb.

Nəqliyyat vasitələrinin alternativ avtomobil yolu ilə gedişi üçün ödənişin məbləği ƏDV ilə birgə minik avtomobilləri və kütləsi 3,5 tona qədər olan yük avtonəqliyyat vasitələri üzrə 1 km üçün 8,6 qəpik (bütün yol üçün 6,99 manat) müəyyən edilib. Kütləsi 3,5 tondan yuxarı olan yük avtonəqliyyat vasitələri və digər maşın-mexanizmlər üzrə ödənişin məbləği 1 km üçün 10,6 qəpik (bütün yol üçün təxminən 8,62 manat) təşkil edəcək. Avtobuslar üzrə bu yolun 1 km-i üçün ödənişin məbləği 7,1 qəpik (bütün yol üçün 5,77 manat), qoşqulu və yarımqoşqulu, o cümlədən 3 və daha çox oxlu nəqliyyat vasitələrinin ödənişli yoldan istifadəsi üçün qiymət 1 km-ə 17,7 qəpik (bütün yol üçün 14,39 manat) müəyyənləşdirilib.

Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu ənənəvi yoldan 19,7 km qısa olmaqla, sürət həddi daha yüksəkdir. Məsafənin qısa və sürət həddinin yüksək olması istifadəçilərə vaxtla yanaşı, yanacağa da qənaət etməyə imkan verəcəkdir.

İclasda həmçinin avtomobil yolunun 1 km ödənişli hissəsi üzrə motosiklet nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləği Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu üzrə 4,65 qəpik, M-1 Bakı–Quba–Rusiya ilə dövlət sərhədi avtomobil yolu üzrə isə 5 qəpik müəyyən olunması qərara alınıb.

Bu ödənişlərdən daxil olan vəsait təsdiq edilən bölgü əsasında ödənişli avtomagistralların və müvafiq ödəniş məntəqələrinin, habelə respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanılması, qorunması və təmiri, ödənişli avtomagistralların idarə olunması, avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə bağlı xərclərin maliyyələşdirilməsi məqsədilə istifadə olunur.

Qərar sabahdan qüvvəyə minəcək.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Son altı ildə 900-ə yaxın uşaq müəssisələrdən ailələrinə qaytarılıb
Cəmiyyət 15:40
Son altı ildə 900-ə yaxın uşaq müəssisələrdən ailələrinə qaytarılıb

Alternativ avtomobil yolu ilə gediş üçün ödəniş məbləğləri müəyyən edilib
Cəmiyyət 15:10
Alternativ avtomobil yolu ilə gediş üçün ödəniş məbləğləri müəyyən edilib
Qubanın 3 kəndinin adı dəyişdirilib
Cəmiyyət 15:07
Qubanın 3 kəndinin adı dəyişdirilib
Qırğızıstan elektrik enerjisinin 90%-ni hidroenergetikadan əldə edir
Siyasət 15:02
Qırğızıstan elektrik enerjisinin 90%-ni hidroenergetikadan əldə edir
Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilətəltif edib
Cəmiyyət 15:00
Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilətəltif edib
Ölkədə ilk dəfə vərəmə yoluxanların sayı 170 nəfər azalıb
Cəmiyyət 14:23
Ölkədə ilk dəfə vərəmə yoluxanların sayı 170 nəfər azalıb
Bakıda 21 mindən çox uşaq məktəbə hazırlıq qruplarını bitirib
Cəmiyyət 13:37
Bakıda 21 mindən çox uşaq məktəbə hazırlıq qruplarını bitirib
Sabah yağış yağacaq
Cəmiyyət 12:57
Sabah yağış yağacaq

Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib
Cəmiyyət 12:29
Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol