• $
  • €
  • ₽
  • ₺
  • £

Riyazi biliklər beynəlxalq standartla ölçüləcək - Məleykə Abbaszadə

Riyazi biliklər beynəlxalq standartla ölçüləcək - Məleykə Abbaszadə
23.06.2026 21:29

Riyazi biliklər beynəlxalq standartla ölçüləcək.Bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Trend Beynəlxalq İnformasiya Agentliyinə və "Baku TV" televiziya kanalına birgə müsahibəsində deyib.

Məleykə Abbaszadə bildirib ki, riyaziyyat üzrə beynəlxalq imtahanlarla müqayisəli bir cədvəl hazırlanması istiqamətində işlər görülür:

"Bizim fəaliyyət sahəmizə aid olan bütün beynəlxalq standartlarla çoxdan tanışıq. Ümumiyyətlə, bu sahədə çalışan mütəxəssislərin beynəlxalq təşkilatları var və biz həmin təşkilatın 1999-cu ildən üzvüyük. Elə bu il də həmin təşkilat tərəfindən bizə müvafiq sertifikatlar və təbriklər təqdim olunub. Bu, bizim sahənin inkişafına və elmə verdiyimiz töhfələrin beynəlxalq səviyyədə də qiymətləndirildiyini göstərir. Biz bu sahədəki yenilikləri və dəyişiklikləri daim izləyirik. Amma onların tətbiqi də mərhələli şəkildə, uyğun zamanda həyata keçirilir. Hər yeniliyin öz tətbiq mərhələsi var. Məsələn, hazırda bizi maraqlandıran layihələrdən biri beynəlxalq uyğunluq məsələsidir. Biz artıq müəyyən imtahanlarımızın səviyyələrini beynəlxalq standartlarla uyğunlaşdırmışıq. Məsələn, doktoranturaya qəbul üzrə xarici dil imtahanı B2, magistraturaya qəbul üzrə xarici dil imtahanı isə B1 və ya B1+ səviyyəsinə uyğundur. Bu uyğunluqla bağlı “Cambridge Assesment”lə araşdırmalar aparılıb və müvafiq təsdiqlər də əldə olunub. İndi istəyirik ki, xüsusilə riyaziyyat üzrə də beynəlxalq imtahanlarla müqayisəli bir cədvəl hazırlansın. Məsələn, deyə bilək ki, bizim 9-cu sinif riyaziyyat proqramı hansı beynəlxalq imtahanın hansı səviyyəsinə uyğun gəlir.

Bu nə üçün lazımdır? Ona görə ki, gənclər öz bilik səviyyələrini beynəlxalq meyarlarla müqayisə edə bilsinlər və bilsinlər ki, onların hazırlıq səviyyəsi beynəlxalq miqyasda hansı göstəriciyə uyğundur. Təbii ki, proqramlar müxtəlifdir və tam eyni deyil, amma müəyyən çərçivədə bu uyğunluğu müəyyənləşdirmək mümkündür. Biz bu araşdırmaları aparırıq və belə layihələri nəzərdə tuturuq".

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol