• $
  • €
  • ₽
  • ₺
  • £

İsrail nəşri: Türkiyənin hərbi potensialı İsrail üçün İrandan daha ciddi strateji çağırışa çevrilir

İsrail nəşri: Türkiyənin hərbi potensialı İsrail üçün İrandan daha ciddi strateji çağırışa çevrilir
03.07.2026 13:53

İsrailin Maariv qəzeti Türkiyənin sürətlə artan hərbi potensialını təhlil edən məqalə dərc edərək, Ankaranın hazırda İsrail üçün İrandan daha ciddi strateji problemə çevrildiyini yazıb.

Nəşrin qiymətləndirməsinə görə, bu yanaşma Türkiyənin silahlı qüvvələrinin genişmiqyaslı modernləşdirilməsi və yerli hərbi-sənaye kompleksinin sürətli inkişafı ilə əlaqədardır.

Məqalədə bildirilir ki, Türkiyə ABŞ-dan sonra NATO-nun ikinci ən böyük ordusuna malikdir. Ehtiyat qüvvələr nəzərə alınmadan ölkənin silahlı qüvvələrində təxminən 480 min hərbçi xidmət edir. Quru qoşunlarının arsenalında isə təxminən 2 200 tank, o cümlədən Almaniya istehsalı olan Leopard 2A4 və yerli istehsal Altay əsas döyüş tankları var.

Qəzet vurğulayır ki, Türkiyə ordusunun ehtiyac duyduğu silah və hərbi texnikanın təxminən 80%-ni artıq daxildə istehsal edir. Bu məhsullar sırasına pilotsuz uçuş aparatları, zirehli texnika, raketlər, hərbi gəmilər və çoxqatlı hava hücumundan müdafiə sistemləri daxildir.

Məqalədə qeyd olunur ki, Türkiyənin müdafiə sənayesi yalnız təhlükəsizlik sahəsində deyil, həm də iqtisadi artımın və xarici siyasətin mühüm alətinə çevrilib.

Maariv həmçinin Ankaranın Qətər, Somali, Şimali Kipr, Liviya və Suriyada hərbi bazalarının olduğunu, eləcə də İraq və Suriyanın şimalında hərbi mövcudluğunu davam etdirdiyini yazır.

Nəşr əlavə edir ki, Türkiyənin "Mavi Vətən" doktrinası Şərqi Aralıq dənizi, Egey və Qara dənizdə təsir imkanlarını genişləndirməyə yönəlib və bu strategiya regiondakı güc balansına, o cümlədən İsrailin müttəfiqləri hesab olunan Yunanıstan və Kiprin dəniz maraqlarına təsir göstərir.

Son illərdə Türkiyə müdafiə sənayesinə yatırımları artıraraq pilotsuz uçuş aparatları, raket sistemləri, zirehli texnika və döyüş gəmilərinin istehsalını genişləndirib. Ankara yerli müdafiə məhsullarının ixracını da artırır və hərbi-sənaye kompleksini strateji prioritetlərdən biri kimi təqdim edir. İsrail və Türkiyə arasında münasibətlər isə son illərdə regional təhlükəsizlik və Yaxın Şərqdəki geosiyasi proseslər fonunda gərgin olaraq qalır.

Aytac 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol