• $
  • £

ABŞ İran neftinin satışına verilən müvəqqəti icazəni ləğv edib

ABŞ İran neftinin satışına verilən müvəqqəti icazəni ləğv edib
08.07.2026 10:17

ABŞ administrasiyası Hörmüz boğazında kommersiya tankerlərinə hücumlardan sonra İran neftinin satışına müvəqqəti icazə verən lisenziyanı ləğv edib. Bu barədə ABŞ rəsmisi məlumat verib. 

ABŞ Maliyyə Nazirliyi bildirib ki, iyunda Vaşinqton və Tehran arasında əldə olunmuş memorandum çərçivəsində verilən ümumi lisenziya qüvvədən çıxarılır. Yeni qərara əsasən, əvvəlki icazə əsasında həyata keçirilən əməliyyatlar iyulun 17-dək mərhələli şəkildə dayandırılmalıdır. Əvvəlki lisenziya avqustun 21-dək qüvvədə qalmalı idi.

ABŞ rəsmisi İranın Hörmüz boğazındakı hərəkətlərini "tamamilə qəbuledilməz" adlandıraraq bunun nəticəsiz qalmayacağını bildirib. Qərar son günlər strateji su yolunda üç kommersiya tankerinin naməlum mərmilərlə vurulmasından sonra qəbul edilib. ABŞ hadisəyə görə İranı məsuliyyət daşımaqda ittiham etsə də, Tehran hələlik bu iddialara münasibət bildirməyib.

İyunda imzalanmış memorandum çərçivəsində ABŞ İrana neft hasilatı, satışı və çatdırılması ilə bağlı sanksiyalardan müvəqqəti güzəşt tətbiq etmişdi. Bu addım tərəflər arasında daha geniş sülh sazişi üzrə danışıqların davam etdirilməsi üçün etimad quruculuğu tədbirlərindən biri hesab olunurdu.

ABŞ rəsmisi bildirib ki, son gərginliyə baxmayaraq, Vaşinqton İranla yekun razılaşmanın əldə olunması istiqamətində danışıqları davam etdirir.

Qərarın açıqlanmasından sonra dünya bazarlarında neft qiymətləri 5%-dən çox artıb. Analitiklər hesab edirlər ki, Hörmüz boğazında artan gərginlik və İran neftinə yenidən tətbiq olunan məhdudiyyətlər qlobal enerji bazarında qeyri-müəyyənliyi artırır.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda qeydiyyatda olan kommersiya qurumlarının sayı 211,6 minə çatıb
Cəmiyyət 14:09
Azərbaycanda qeydiyyatda olan kommersiya qurumlarının sayı 211,6 minə çatıb
Dörd rayonda yanğına səbəb olan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunub
Cəmiyyət 14:07
Dörd rayonda yanğına səbəb olan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunub
Lənkəranda meşəlik ərazidə iki nəfərin meyiti tapılıb, cinayət işi başlanıb
Cəmiyyət 13:57
Lənkəranda meşəlik ərazidə iki nəfərin meyiti tapılıb, cinayət işi başlanıb
Bakıda 4 490 nəfər məktəbi fərqlənmə attestatı ilə bitirib
Cəmiyyət 13:04
Bakıda 4 490 nəfər məktəbi fərqlənmə attestatı ilə bitirib
Sabah 37 dərəcə isti olacaq
Cəmiyyət 12:54
Sabah 37 dərəcə isti olacaq
Azərbaycanın 8 torpaq laboratoriyası beynəlxalq səriştə sınağını uğurla tamamlayıb
Cəmiyyət 12:46
Azərbaycanın 8 torpaq laboratoriyası beynəlxalq səriştə sınağını uğurla tamamlayıb
"OBA" marketdə istifadəyə yararsız dondurmalar satıldığı iddia edilir - Qida ekspertindən açıqlama
Cəmiyyət 12:04
"OBA" marketdə istifadəyə yararsız dondurmalar satıldığı iddia edilir - Qida ekspertindən açıqlama
DSMF-nin gəlirləri 5 milyard manatı ötüb
Cəmiyyət 11:43
DSMF-nin gəlirləri 5 milyard manatı ötüb
Azərbaycanda bəzi yerlərdə yağış yağır, şimşək çaxır - faktiki hava açıqlanıb
Cəmiyyət 11:36
Azərbaycanda bəzi yerlərdə yağış yağır, şimşək çaxır - faktiki hava açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol