• $
  • £

Bu gün I və IV qruplar üzrə ikinci cəhd imtahanı keçiriləcək

Bu gün I və IV qruplar üzrə ikinci cəhd imtahanı keçiriləcək
12.07.2026 08:48

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı (ikinci cəhd) keçirəcək. Bu gün, həmçinin III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni üzrə imtahan (ikinci cəhd) təşkil ediləcək.Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Ucar, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Quba və Xaçmazda təşkil olunacaq.

İmtahan saat 10:00-da başlanacaq. Saat 09:45-də buraxılış rejimi başa çatacaq və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaq.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Abituriyentlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda, ümumilikdə 153 imtahan binası, 2658 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 153 ümumi imtahan rəhbəri, 429 imtahan rəhbəri, 3 304 nəzarətçi, 482 buraxılış rejimi əməkdaşı, 153 bina nümayəndəsi cəlb olunub.

Bugünkü imtahanda I ixtisas qrupu üzrə 24 min 997, IV ixtisas qrupu üzrə 5 302, III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə imtahanda isə 6057 nəfər olmaqla, ümumilikdə 36 min 356 abituriyentin iştirakı nəzərdə tutulur.

İmtahanda 65 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Murad Arif elm və təhsil nazirliyi tənqid edib
Cəmiyyət 11:15
Murad Arif elm və təhsil nazirliyi tənqid edib
Zakir Həsənov onlara tapşırıqlar verdi- Fotolar
Cəmiyyət 11:05
Zakir Həsənov onlara tapşırıqlar verdi- Fotolar
Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb
Cəmiyyət 09:55
Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb
Avro və rubl ucuzlaşıb - məzənnə
Cəmiyyət 09:30
Avro və rubl ucuzlaşıb - məzənnə
Sabah bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 00:12
Sabah bu ərazilərdə işıq olmayacaq
Bakının iki küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 21:00
Bakının iki küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
"Dərnəgül" elektrik deposu tarixində ilk qatarı qəbul edib
Cəmiyyət 20:30
"Dərnəgül" elektrik deposu tarixində ilk qatarı qəbul edib
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti mərhələsinin nəticələri açıqlanıb
Cəmiyyət 20:24
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti mərhələsinin nəticələri açıqlanıb
Sabah Bakının iki rayonunda qaz olmayacaq
Cəmiyyət 20:11
Sabah Bakının iki rayonunda qaz olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol