• $
  • £

Hacıqabulda yol qəzası olub, xəsarət alanlar var - Yenilənib

Hacıqabulda yol qəzası olub, xəsarət alanlar var - Yenilənib
12.07.2026 10:06

Hacıqabul rayonunda sərnişin avtobusunun aşması nəticəsində xəsarət alanların bəzisinin şəxsiyyəti məlum olub.

"Report"un məlumatına görə, qəzada Zaqatala rayon sakinləri - 2004-cü il təvəllüdlü Osmanova Səbinə Paşa qızı, 2007-ci il təvəllüdlü Xəlilova Dəcilə Fəzail qızı, 1998-ci il təvəllüdlü Ömərov Nurlan Nadir oğlu, 1971-ci il təvəllüdlü Hasilova Zümrüd Məhəmməd qızı, 1965-ci il təvəllüdlü Məmmədov Ramazan Nazim oğlu xəsarət alıb.

Bundan başqa Sumqayıt şəhər sakini 2017-ci il təvəllüdlü Balayev Firuz Elvin oğlu, Bakı şəhər sakini 2016-cı il təvəllüdlü Mikamayeva Nigar Orxan qızı da yaralanıb.

Yaralılar Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına, digərləri isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

09:45

Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsi zamanı 21 nəfər xəsarət alıb.

"Report"un məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Zaqatala-Bakı marşrutu üzrə hərəkətdə olan sərnişin avtobusu aşıb. Qəza nəticəsində 21 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Onlardan 7-si Hacıqabul, 14-ü isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda Xəsarət alanların şəxsiyyəti müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Zakir Həsənov onlara tapşırıqlar verdi- Fotolar
Cəmiyyət 11:05
Zakir Həsənov onlara tapşırıqlar verdi- Fotolar
Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb
Cəmiyyət 09:55
Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb
Avro və rubl ucuzlaşıb - məzənnə
Cəmiyyət 09:30
Avro və rubl ucuzlaşıb - məzənnə
Sabah bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 00:12
Sabah bu ərazilərdə işıq olmayacaq
Bakının iki küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 21:00
Bakının iki küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
"Dərnəgül" elektrik deposu tarixində ilk qatarı qəbul edib
Cəmiyyət 20:30
"Dərnəgül" elektrik deposu tarixində ilk qatarı qəbul edib
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti mərhələsinin nəticələri açıqlanıb
Cəmiyyət 20:24
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti mərhələsinin nəticələri açıqlanıb
Sabah Bakının iki rayonunda qaz olmayacaq
Cəmiyyət 20:11
Sabah Bakının iki rayonunda qaz olmayacaq
Bakı-Quba yolunda qəza olub, ölən var
Cəmiyyət 20:09
Bakı-Quba yolunda qəza olub, ölən var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol