• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat: həvəskar balıqçılıqla bağlı ayrıca qanuna ehtiyac var

Deputat: həvəskar balıqçılıqla bağlı ayrıca qanuna ehtiyac var
13.07.2026 12:28

Azərbaycanda həvəskar balıqçılığın hüquqi tənzimlənməsinin təkmilləşdirilməsi vacibdir. Bunu Milli Məclisdə çıxış edən deputat Məlahət İbrahimqızı bildirib. 

Deputat qeyd edib ki, dünyada həvəskar balıqçılığa maraq artır və bu sahə dayanıqlı təbii resursların idarə olunması baxımından beynəlxalq gündəmdə mühüm yer tutur.

Onun sözlərinə görə, Avropa ölkələrində həvəskar balıqçılığı tənzimləyən ayrıca qanunvericilik mövcuddur. Deputat Almaniyada bu sahə üzrə ciddi tələblərin tətbiq edildiyini, Türkiyədə isə həvəskar balıqçılıqla bağlı ayrıca qanunun qüvvədə olduğunu xatırladıb.

Məlahət İbrahimqızı bildirib ki, Azərbaycanda da həvəskar balıqçılıq sahəsində hüquqi bazanın genişləndirilməsinə ehtiyac var.

"Həvəskar balıqçılıqla bağlı qaydalar, icazələrin verilməsi, ov normaları və digər məsələlər daha ətraflı tənzimlənə bilər", – deputat vurğulayıb.

Gülnar Nazimqızı 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol