• $
  • €
  • ₽
  • ₺
  • £

“Qadın Dəstək Xətti”nə zənglərin sayı iki dəfə artıb

“Qadın Dəstək Xətti”nə zənglərin sayı iki dəfə artıb
13.07.2026 16:32

2026-cı ilin ilk altı ayında Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Qadın Dəstək Xətti” qadınların təhlükəsizliyinin, hüquqlarının müdafiəsinin və sosial rifahının gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirib. Hesabat dövründə xidmətə daxil olan müraciətlərin sayının ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən iki dəfə artması xidmətə göstərilən etimadın və onun əlçatanlığının daha da gücləndiyini göstərir.

Yanvar–iyun ayları ərzində “Qadın Dəstək Xətti”nə ümumilikdə 2500-ə yaxın müraciət daxil olub.

Müraciətlərin əhəmiyyətli hissəsi psixoloji dəstək və zorakılıq halları ilə bağlı olub. Hesabat dövründə 548 qadın zorakılıq faktları ilə əlaqədar dəstək üçün müraciət edib. Qeydə alınan hallar fiziki, psixoloji və cinsi zorakılıq, etinasızlıq, sosial, məişət və kiberzorakılıq kimi müxtəlif zorakılıq formalarını əhatə edib. Xüsusilə son dövrdə geniş yayılmağa başlayan kiberzorakılıqla bağlı 45 müraciət qeydə alınıb. Bir sıra müraciətlərdə qadınların eyni zamanda bir neçə zorakılıq növünə məruz qaldığı müəyyən edilib. Hər bir hal fərdi qaydada qiymətləndirilib, müraciət edənlərə psixoloji, hüquqi və sosial istiqamətlər üzrə kompleks dəstək göstərilib, zərurət yarandıqda isə aidiyyəti dövlət qurumları və tərəfdaş təşkilatlarla koordinasiyalı şəkildə müvafiq tədbirlər həyata keçirilib.

Müraciətlərin təsnifatına əsasən, 698 müraciət psixoloji dəstək, 384 müraciət hüquqi yardım, 233 müraciət isə sığınacaqla təmin olunma ilə bağlı olub. Bununla yanaşı, 171 müraciət nikahın pozulması prosesində yaranan çətinlikləri, 127 müraciət sosial-maddi rifah məsələlərini, 113 müraciət isə digər sosial problemləri əhatə edib.

Hesabat dövründə 98 müraciət intihar düşüncələri, 54 müraciət qadınların istismarı və həssas vəziyyətindən sui-istifadə halları ilə bağlı qeydə alınıb. Bundan əlavə, səhiyyə hüquqlarının təmin olunması ilə əlaqədar 38, təhsil məsələləri üzrə isə 33 müraciət daxil olub.

Hüquqi yardım istiqamətində müraciətlər əsasən hüquqi məsləhətlərin göstərilməsi, mühafizə orderinin alınması, məcburi evlilik və digər hüquqi məsələləri əhatə edib.

“Qadın Dəstək Xətti” Azercell, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin tərəfdaşlığı ilə fəaliyyət göstərir. Qadınlara fasiləsiz dəstək göstərən xidmət 116111 qısa nömrəsi, eləcə də Facebook və Instagram sosial şəbəkələri vasitəsilə 24/7 rejimində əlçatandır. Azercell abunəçiləri üçün 116111 nömrəsinə edilən zənglər ödənişsizdir.

Bununla yanaşı, çətin həyat şəraitində yaşayan və ya risk altında olan qadınlar oflaynqadinlar.az platforması vasitəsilə psixoloji, fiziki və iqtisadi zorakılıq hallarında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun atılmalı addımlar, mövcud dəstək mexanizmləri və hüquqların müdafiəsi imkanları barədə sistemli və etibarlı məlumat əldə edə bilərlər.

 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol