• $
  • €
  • ₽
  • ₺
  • £

Əməkdar jurnalist Nuraninin vəziyyəti açıqlanıb

Əməkdar jurnalist Nuraninin vəziyyəti açıqlanıb
18.07.2026 23:58

Əməkdar jurnalist Tofiqə Qasımovanın (Nurani) səhhəti ilə bağlı son vəziyyət açıqlanıb.Bu barədə Bakı Sağlamlıq Mərkəzi məlumat yayıb.

Bildirilib ki, 56 yaşlı Tofiqə Qasımova iyulun 17-də Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsindən ağır vəziyyətdə Bakı Sağlamlıq Mərkəzinə köçürülüb.

Mərkəzə qəbul olunarkən xəstənin huşunun alaqaranlıq olduğu, ümumi bədən çəkisinin kəskin azaldığı (kaxeksiya), dəri örtüyü və görünən selikli qişalarının kəskin saraldığı müəyyən edilib. Tənəffüsü oksigen dəstəyi ilə təmin olunub. Hemodinamikasının inotrop dərmanlar fonunda qeyri-stabil və hipotonik olduğu, qarın boşluğunda assit səbəbindən həcmin kəskin artdığı, sidik ifrazının isə anuriya şəklində qiymətləndirildiyi bildirilib.

Qeyd olunub ki, anamnezə əsasən, xəstə bir neçə ildir onkoloji xəstəlikdən əziyyət çəkir.

Həkimlərin qoyduğu diaqnoz uşaqlığın yenitörəməsi, qaraciyərə və qarın boşluğu limfa düyünlərinə çoxsaylı metastazlar, mexaniki sarılıq, assit, qaraciyər mənşəli ensefalopatiya, qaraciyər çatışmazlığı, hepatorenal sindrom, kəskin böyrək çatışmazlığı, anuriya, sağtərəfli ekssudativ plevrit, tənəffüs çatışmazlığı və anemiyadır.

Məlumata görə, xəstə Bakı Sağlamlıq Mərkəzinə qəbul olunduğu andan etibarən müalicəsinə yüksək ixtisaslı mütəxəssislərdən ibarət həkim heyəti cəlb edilib. Təcili təşkil olunan geniş konsiliumun qərarı ilə ona hemodializ də daxil olmaqla intensiv reanimasion dəstək göstərilməsinə başlanılıb.

Hazırda Bakı Sağlamlıq Mərkəzinin həkimləri tərəfindən xəstənin həyati göstəricilərinin stabilləşdirilməsi istiqamətində bütün zəruri müalicə tədbirləri fasiləsiz davam etdirilir.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol