• $
  • €
  • ₽
  • ₺
  • £

“Gündə səkkiz stəkan su içmək lazımdır” fikrinin elmi əsası yoxdur

“Gündə səkkiz stəkan su içmək lazımdır” fikrinin elmi əsası yoxdur
04.09.2026 15:32

 

Hər gün səkkiz stəkan su içməyin bütün insanlar üçün zəruri olduğu barədə geniş yayılmış tövsiyənin konkret elmi əsası yoxdur. Bu barədə fizioloq, Dartmut Tibb Məktəbinin mütəxəssisi Haynts Valtin “ScienceBlogs”a açıqlamasında bildirib.

 

Valtinin sözlərinə görə, insanların gündəlik maye ehtiyacı bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir.

 

O qeyd edib ki, “gündə səkkiz stəkan su” tövsiyəsinin mənşəyi 1945-ci ildə ABŞ Qida və Qidalanma Şurasının hazırladığı hesabatla əlaqələndirilir. Hesabatda gündəlik təxminən 2,5 litr su qəbulunun nəzərdə tutulduğu bildirilsə də, bu miqdarın əhəmiyyətli hissəsinin qida vasitəsilə əldə edildiyi də qeyd olunub.

 

Valtinin sözlərinə görə, sonrakı illərdə tövsiyənin bu hissəsi geniş yayılmış izahlardan çıxarılıb və ümumi maye ehtiyacı yalnız içilən su kimi təqdim edilməyə başlanıb. Nəticədə təxminən səkkiz stəkanlıq göstərici məcburi norma kimi qəbul edilib.

 

Fizioloq bildirib ki, daha müasir elmi tövsiyələr də bütün insanlar üçün vahid “səkkiz stəkan” qaydasını müəyyən etmir. Onun sözlərinə görə, 2004-cü ildə ABŞ Milli Elmlər Akademiyasının Tibb İnstitutu tərəfindən açıqlanan tövsiyələrə əsasən, sağlam insanların əksəriyyəti susuzluq hissinə uyğun maye qəbul etməklə normal su balansını qoruya bilər.

 

Burada yalnız su deyil, bütün içkilər və qida vasitəsilə qəbul edilən maye nəzərə alınır.

 

Valtinin diqqət çəkdiyi 2022-ci ildə “Science” jurnalında dərc olunan araşdırmada 23 ölkədən 5,6 mindən çox insanın məlumatları təhlil edilib. Araşdırma insanların maye ehtiyacının bədən çəkisi, fiziki aktivlik, havanın temperaturu və rütubəti, dəniz səviyyəsindən hündürlük, hamiləlik və digər amillərdən asılı olaraq dəyişə bildiyini göstərib.

 

Mütəxəssis həddindən artıq su qəbulunun da sağlamlıq üçün təhlükə yarada biləcəyini vurğulayıb. O, Boston marafonundan sonra müayinə olunan qaçışçıların 13%-də qanda natrium səviyyəsinin təhlükəli dərəcədə azalması - hiponatremiya - aşkarlandığını bildirib.

 

Valtinin sözlərinə görə, əsas risk amillərindən biri qaçış zamanı bədən çəkisinin artması olub ki, bu da yarış zamanı normadan artıq maye qəbul edildiyini göstərə bilər.

 

Beləliklə, mütəxəssis su qəbulunda universal “səkkiz stəkan” qaydasından daha çox insanın fərdi ehtiyaclarının və susuzluq hissinin nəzərə alınmasını tövsiyə edir.

Oxşar xəbərlər
Oxşar xəbərlər


DYP Bakıda iki nəfərin öldüyü qəza barədə məlumat yayıb
Cəmiyyət 14:07
DYP Bakıda iki nəfərin öldüyü qəza barədə məlumat yayıb

Sabah yağış yağacaq
Cəmiyyət 13:17
Sabah yağış yağacaq

8 Noyabr prospektində hərəkət bərpa olunub
Cəmiyyət 13:11
8 Noyabr prospektində hərəkət bərpa olunub
AGMA məktəblərdə vahid geyim qaydalarına riayət etməyə çağırıb
Cəmiyyət 10:49
AGMA məktəblərdə vahid geyim qaydalarına riayət etməyə çağırıb

Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanılıb
Cəmiyyət 10:20
Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanılıb
Səhiyyə Nazirliyinin adından yayılan hicabla bağlı məktubun saxta olduğu bildirilib
Cəmiyyət 09:47
Səhiyyə Nazirliyinin adından yayılan hicabla bağlı məktubun saxta olduğu bildirilib

Bakıda və Abşeron yarımadasında tozlu hava hökm sürür
Cəmiyyət 09:38
Bakıda və Abşeron yarımadasında tozlu hava hökm sürür
Sumqayıtda bağçada yıxılan azyaşlının qolu qırılıb -Video
Cəmiyyət 23:57
Sumqayıtda bağçada yıxılan azyaşlının qolu qırılıb -Video
Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Cəmiyyət 20:03
Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol