• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan 2032-ci ildən iki yeni yaşıl enerji dəhlizini istifadəyə verməyi planlaşdırır - nazir

Azərbaycan 2032-ci ildən iki yeni yaşıl enerji dəhlizini istifadəyə verməyi planlaşdırır - nazir
07.09.2026 11:04

 

Azərbaycan 2032-ci ildən iki yeni yaşıl enerji dəhlizinin istifadəyə verilməsini planlaşdırır. Bunu energetika naziri Pərviz Şahbazov “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” (BCAW 2026) çərçivəsində çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, Azərbaycanın strateji prioritetlərindən biri regional və regionlararası əlaqələr vasitəsilə yaşıl enerjinin beynəlxalq bazarlara çıxarılmasıdır.

Şahbazov bildirib ki, ümumi gücü 3,9 min meqavat olan “Xəzər-Qara Dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin texniki-iqtisadi əsaslandırılması layihənin həyata keçirilməsinin mümkünlüyünü təsdiqləyib.

“2032-ci ildən etibarən həm bu dəhlizin birinci mərhələsinin, həm də “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Əlaqəsi”nin istifadəyə verilməsi gözlənilir”, -  nazir bildirib.

O qeyd edib ki, Türkiyə və Gürcüstan, Zəngəzur dəhlizi və Azərbaycanın Naxçıvan bölgəsi vasitəsilə Avropaya yeni yaşıl enerji dəhlizlərinin inkişaf etdirilməsi istiqamətində konkret addımlar atılır.

“İnkişaf etdirdiyimiz diversifikasiya olunmuş enerji əlaqələri regionlararası enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və Azərbaycanın hüdudlarından kənarda, geniş bir coğrafiyada emissiyaların azaldılmasına töhfə verəcəkdir”, - Şahbazov deyib.

Nazir həmçinin Türkiyənin ev sahibliyi edəcəyi COP31-ə hazırlıq çərçivəsində təmiz enerjiyə keçid və elektrifikasiyanın əsas prioritetlərdən olacağını bildirib. Onun sözlərinə görə, Azərbaycan COP29 çərçivəsində formalaşdırılan gündəliyin davamı olaraq enerji keçidi ilə bağlı konkret layihələrin, regional əlaqələrin və emissiyaların azaldılmasına yönəlmiş təşəbbüslərin inkişafını davam etdirəcək.

“İnanırıq ki, gələcəyin enerji sistemi yalnız daha yaşıl deyil, həm də daha təhlükəsiz, çevik və davamlı olmalıdır”, - Pərviz Şahbazov bildirib.

 Azərbaycan son illərdə bərpa olunan enerji potensialının inkişafı və yaşıl enerjinin ixracı üçün regional enerji bağlantılarının yaradılmasını enerji siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib. Planlaşdırılan dəhlizlər vasitəsilə Azərbaycanın, eləcə də Mərkəzi Asiya ölkələrinin bərpa olunan enerji resurslarının Avropa bazarlarına çıxarılması nəzərdə tutulur.

Gülnar Nazimqızı 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol