• $
  • €
  • ₽
  • ₺
  • £

Əmrullayev: regionlarda zəif nəticələrin əsas səbəblərindən biri ibtidai və məktəbəqədər təhsildir

Əmrullayev: regionlarda zəif nəticələrin əsas səbəblərindən biri ibtidai və məktəbəqədər təhsildir
08.09.2026 12:54

Azərbaycanın bəzi regionlarında şagirdlərin aşağı nəticə göstərməsinin əsas səbəbləri məktəbəqədər təhsilin əhatə səviyyəsinin aşağı olması, ibtidai təhsilin zəifliyi və kiçik kənd məktəblərində keyfiyyət problemidir. Bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib.

“Bizim həqiqətən də bir çox bölgələrimizdə ibtidai təhsilin vəziyyəti zəifdir. İbtidai təhsil zəifdirsə, onun üzərində heç nə qura bilməyəcəksiniz”, - Əmrullayev PISA nəticələrinin təqdimatı zamanı deyib.

Onun sözlərinə görə, aşağı göstəricilərin qeydə alındığı regionlarda məktəbəqədər təhsilin əhatə dairəsi də məhduddur.

“Harada məktəbəqədər təhsilin əhatəsi aşağıdırsa, orada nəticələr də aşağı olur. Məktəbəqədər təhsil imkanlarının daha geniş olduğu ərazilərdə isə eyni təhsil sistemi daxilində daha yüksək nəticələr görürük”, - nazir bildirib.
Əmrullayev kiçik kəndlərdə azsaylı siniflərdə tədrisin təşkilini də keyfiyyətə mənfi təsir göstərən amillərdən biri kimi göstərib.

Onun sözlərinə görə, iki-beş şagirdin təhsil aldığı siniflərdə keyfiyyətli tədrisin təşkili çətinləşir.

Nazir bildirib ki, valideynlərin, xüsusilə anaların təhsil səviyyəsi də şagirdlərin nəticələrinə təsir edə bilər. Ayrı-ayrı amillərin nəticələrə təsir dərəcəsinin gələcəkdə ayrıca ölçülməsi planlaşdırılır.

Əmrullayev PISA ballarındakı artımın qiymətləndirilməsində başlanğıc səviyyənin nəzərə alınmalı olduğunu deyib.

Onun sözlərinə görə, 300 baldan başlayan ölkə və ya region üçün 30-35 ballıq artıma nail olmaq 400 baldan yuxarı nəticəni artırmaqla müqayisədə daha asandır.

Nazir COVID-19 pandemiyasının təhsilə mənfi təsir göstərdiyini, lakin dünyada nəticələrin uzunmüddətli azalmasını yalnız pandemiya ilə izah etməyin düzgün olmadığını bildirib.
Onun sözlərinə görə, məktəbəqədər və ibtidai təhsildə hazırda görülən işlərin nəticələrinin qısa müddətdə görünməsi gözlənilmir.

“Bu, tez olmayacaq. Təxminən 10 ildən sonra nəticələri görəcəyik. 2029-2030-cu illər üçün daha yaxşı göstəricilərə ümid edirik”, - Əmrullayev deyib.

Gülnar Nazimqızı

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol