• $
  • €
  • ₽
  • ₺
  • £

Media və Yayım Şurası: Hanning işi ilə bağlı Azərbaycan adı hallandırılmayıb

Media və Yayım Şurası: Hanning işi ilə bağlı Azərbaycan adı hallandırılmayıb
07.10.2026 10:40

Azərbaycan Media və Yayım Şurası Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri August Hanninglə bağlı istintaqla əlaqədar Azərbaycanın adının hallandırıldığı məlumatları təkzib edib və onları dezinformasiya kimi qiymətləndirib.

Şuranın bəyanatında bildirilir ki, “Der Spiegel” nəşrinin yaydığı, daha sonra Reuters, AFP, France 24, The Times və The Telegraph kimi beynəlxalq media resurslarında yer alan məlumatlarda Azərbaycanın sözügedən istintaq işi ilə əlaqələndirilməsi əsassızdır.

Reuters-in məlumatına görə, Hanning oktyabrın 6-da dövlət sirrinin əldə edilməsi, casusluq və dövlətə xəyanətə cəhd şübhələri ilə saxlanılıb. Almaniya prokurorluğu onun keçmiş BND əməkdaşından məxfi sənədlər əldə edərək xarici kəşfiyyat xidməti üçün təhlil hazırladığından şübhələnir. Prokurorluq həmin xarici xidmətin hansı ölkəyə aid olduğunu açıqlamayıb.

“Der Spiegel” isə istintaqın Hanningin Azərbaycan kəşfiyyatının əməkdaşı ilə əlaqəsinin olub-olmadığını araşdırdığını yazıb. Məlumata görə, sözügedən təhlilin nəzərdə tutulan ünvana çatıb-çatmadığı hələ müəyyən edilməyib.

Media və Yayım Şurası beynəlxalq media qurumlarını məlumatları dərc etməzdən əvvəl yoxlamağa, etibarlı mənbələrə istinad etməyə və dəqiqlik və obyektivlik prinsiplərinə riayət etməyə çağırıb.

Şura Azərbaycanın adının bu istintaqla əlaqələndirilməsini Azərbaycan-Almaniya münasibətlərinə zərər vurmağa yönəlmiş kampaniyanın tərkib hissəsi kimi qiymətləndirib.

August Hanning 1998-2005-ci illərdə Almaniyanın xarici kəşfiyyat xidməti olan BND-yə rəhbərlik edib. Almaniya prokurorluğunun məlumatına görə, onun keçmiş BND əməkdaşı Manfred D. ilə birlikdə məxfi məlumatların əldə edilməsi və istifadəsi ilə bağlı fəaliyyəti araşdırılır. Manfred D. də saxlanılıb.

Gülnar Nazimqızı 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol