Cevdet Yılmaz Mehriban Əliyevanı təbrik edib

17:19 | 22.03.2024
Cevdet Yılmaz Mehriban Əliyevanı təbrik edib

Cevdet Yılmaz Mehriban Əliyevanı təbrik edib

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Möhtərəm Mehriban xanım,
Min illərdir ortaq adət-ənənəmiz olan, ümid, yenilənmə və həmrəylik bayramı Novruz münasibətilə Zati-alinizi və qardaş Azərbaycan xalqını Türk milləti adından və şəxsən öz adımdan ən səmimi hisslərimlə təbrik edirəm.

Novruzun rəmzi olan sevgi, birlik və qardaşlığı ölkələrimizdən və bölgələrimizdən kənara bərabər çatdırmaq ümidi ilə Zati-alinizə sağlamlıq, xoşbəxtlik və uğurlar, dost və qardaş Azərbaycan xalqına isə firavanlıq və əmin-amanlıq dolu bir il arzulayıram”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb