"DÇ-2022" Bakıda keçiriləcək

12:29 | 24.08.2019

"DÇ-2022" Bakıda keçiriləcək

2022-ci ildə akrobatika gimnastikası üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək, bu barədə qərar Beynəlxalq Gimnastika Federasiyanın (FIG) İcraiyyə Komitəsinin Nikaraquanın paytaxtı Manaquada keçirilən iclasında qəbul olunub. Mundial 11-13 mart tarixlərində Bakıda Milli Gimnastika Arenasında ilk dəfə olaraq təşkil ediləcək.


Çempionatdan öncə isə - 2-7 mart tarixlərində Dünya Yaş Qrupu yarışları da eyni məkanda keçiriləcək.


Qeyd edək ki, artıq bir neçə ildir irimiqyaslı beynəlxalq yarışları yüksək səviyyədə təşkil edən Azərbaycan Gimnastika Federasiyanı qarşıda digər əhəmiyyətli turnirlər də gözləyir. Bu il 16-22 sentyabr tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə dünya çempionatı keçiriləcək. 2020-ci ildə aerobika, 2021-ci ildə isə batut gimnastikası üzrə dünya çempionatı Bakıda təşkil olunacaq.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb