İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən iyunun 22-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.
Bu barədə Dövlət Xidmətindən bildirilib.
Qubada yerləşən "Babaçay” qum-çınqıl yatağının 5 lot üzrə 21 hektar sahəsi və "Qonaqkənd” qum-çınqıl yatağının 15 lot üzrə 73 hektar sahəsi hərraca çıxarılıb.
Hərraclarda iştirakla bağlı iddiaçılar sənədləri 14 iyun 2022-ci il saat 16:00-a qədər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31 ünvanında təqdim edə bilərlər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !