Daha bir azərbaycanlı ermənilərə girov düşüb? - Erməni tənbəsindən təsdiq

14:34 | 06.09.2014
Daha bir azərbaycanlı ermənilərə girov düşüb? - Erməni tənbəsindən təsdiq

Daha bir azərbaycanlı ermənilərə girov düşüb? - Erməni tənbəsindən təsdiq

Dağlıq Qarabağdakı separatçı rejimin hərbi birləşmələri Azərbaycan vətəndaşını girov götürdüklərini bəyan ediblər. Modern.az saytı Ermənistanın “news.am” agentliyinə istinadən xəbər verir ki, düşmən tərəf hadisənin sentyabrın 5-də baş verdiyini bildirib. Ermənilər girov götürülən Azərbaycan vətəndaşının adını da açıqlayıblar. Məlumata görə, girov götürülən Cavid Samir Oğlu Məmmədovdur. Onun cəbhənin Tərtər istiqamətindəki Çaylı kəndi ərazisində təmas xəttini keçdiyi bildirilir.Düşmən tərəf Beynəlxalq Qızıl Xaç Komitəsinə bu haqda məlumat verildiyini bildirib. Məlumata görə, Cavid Məmmədov güc strukturlarına verilib.  Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi Vaqif Dərgahlı Modern.az-a məsələdən xəbərsiz olduqlarını, dəqiq məlumat olan kimi xəbər yayacaqlarını bildirib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb