Deputatlara "İnstagram" qadağan edildi

22:08 | 03.06.2014
Deputatlara "İnstagram" qadağan edildi

Deputatlara "İnstagram" qadağan edildi

Sosial şəbəkədən istifadə üçün icazə lazımdır
Türkiyə Böyük Millət Məclisində (TBMM) sosial şəbəkə olan İnstaqrama qadağa gəldi. 
ANS PRESS-in məlumatına görə, indi Türkiyədə deputatlar bu şəbəkədən istifadə üçün icazə almalı olacaqlar. 
TBMM adıçəkilən sosial şəbəkəni zərəli saytlar siyahısına salıb. Belə ki, parlamentdə "İnstagram"a daxil olmaq istəyənlər qadağa haqqında xəbərdarlıqla üzləşirlər. 
Bu yazının altında isə "İnstagram"ın işlərdə gərəkli olub-olmadığı soruşulur. Saytdan istifadə etmək istəyənlər xüsusi forma doldurmaları tələb edilir. 
Qeyd edək ki, Azərbaycanda deputatlara Milli Məclisə smartfon telefonlarla girmək yasaqlanıb. Bu qadağa bu ilin əvəllərindən tədbiq edilməyə başlanılıb.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb