Dərmanla arıqlamaq istədi - Daha da kökəldi - VİDEO

14:02 | 25.12.2016
Dərmanla arıqlamaq istədi - Daha da kökəldi - VİDEO

Dərmanla arıqlamaq istədi - Daha da kökəldi - VİDEO

Artıq çəkidən qurtulmaq istədi, amma daha da kökəldi.

Bakı sakini Sevinc Məmmədovanın başına tragikomik hadisə gəlib. İnternetdə arıqlamaq üçün sifariş verdiyi dərman orqanizmində ciddi fəsadlar əmələ gətirib.

Sevinc Məmmədovanın sözlərinə görə, dərman toz şəkilli olub və gündə 3 dəfə su ilə həll olunaraq qəbul edib. Bundan sonra güclü ağrılarla üzləşib. Həkimə müraciət edəndə isə ciddi problemlərin baş verdiyini öyrənib.

Bundan sonra həmin şirkətlə nə qədər əlaqə saxlamağa cəhd etsə də baş tutmayıb. Firma tərəfindən onun nə zənginə, nə də müraciətinə baxan olub.

Məsələ ilə bağlı həmin şirkətlə əlaqə saxlayıb məsələnin təffərüatlarını öyrənməyə cəhd etdik. Elə həmin xanım kimi bizim də cəhdimiz uğursuz oldu. Zəngimizə cavab verən olmadı.

Mütəxəssislər belə vəziyyətdə diqqətli olmağı məsləhət görür. Çünki qeyri-dəqiq diaqnoz və müalicənin habelə dərman preparatı xoşagəlməz nəticəyə səbəb ola bilər.

Dietoloq arıqlamaq istəyənlərin dərman preparatları əvəzinə sağlam qidalanma və fiziki hərəkətləri seçməsinin daha faydalı ola biləcəyini bildirir.

ANN.Az Xəzər Xəbərə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM