DiKaprio Klintonun seçki kampaniyası üçün vəsait toplanışı təşkil edəcək

13:42 | 02.08.2016
DiKaprio Klintonun seçki kampaniyası üçün vəsait toplanışı təşkil edəcək

DiKaprio Klintonun seçki kampaniyası üçün vəsait toplanışı təşkil edəcək

Amerikalı aktyor Leonardo DiKaprio Demokratlar Partiyasından ABŞ prezidentliyə namizəd olan Hillari Klintonun seçkiqabağı kampaniyası üçün vəsait toplanışı məqsədilə tədbir (fandreyzinq) təşkil edəcək.

"Report" xəbər verir ki, bu barədə mənbələrinə istinadən "Variety" yazıb.

Məlumata görə, "Hillari ilə söhbət" adlı tədbir avqustun 23-də aktyorun Los-Ancelesdə yerləşən malikanəsində keçiriləcək. Tədbirə giriş biletinin qiyməti 33,4 min dollar olacaq.

Toplanan vəsait seçki kampaniyasına xərclənəcək və Demokratlar Partiyasının Milli Komitəsinin hesabına köçürüləcək.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb