Dövlət İmtaha Mərkəzinin mütəxəssislərinin hazırladlığı onlayn imtahanların keçirilməsi üçün nəzərdə tutulan "ProctorDİM" xüsusi proqram təminatı vasitəsilə ödənişsiz sınaq imtahanları keçirilib.
İmtahanlar 5 iyun saat 11:00, 12:00 və 13:00-da olmaqla 3 seansda keçirilib və ümumilikdə 147 nəfər iştirak edib. 20 nəfər imtahan iştirakçısına proqramla bağlı nəzarətçilər tərəfindən texniki dəstək göstərilib.
Xatırladaq ki, proqramda bir çox təhlükəsizlik məsələləri nəzərə alınıb. Proqram işə salındığı andan etibarən istifadəçinin ekranı, eləcə də kamera vasitəsilə istifadəçinin özü videonəzarətə götürülür və bütün imtahan prosesi videoya çəkilərək mərkəzə ötürülür.
İstifadəçilərin imtahana daxil ola bilmələri üçün üztanıma proqramı vasitəsilə şəxsiyyətləri dəqiqləşdirilib.
Bütün imtahan prosesi nəzarətçilər tərəfindən onlayn izlənilib. İmtahan başa çatan kimi istifadəçilər topladıqları bal haqqında məlumat alıblar.
Gələcəkdə yenidən keçirilməsi nəzərdə tutulan onlayn sınaq imtahanlarında iştirak etmək üçün istifadəçilər "ProctorDİM” proqramını yükləyib kompüterlərinə quraşdırmalıdırlar. Proqram təminatını imtahana qeydiyyat zamanı yükləmək mümkün olacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !