Dünya şöhrətli müğənni Bakıya gəlir

16:39 | 22.03.2014
Dünya şöhrətli müğənni Bakıya gəlir

Dünya şöhrətli müğənni Bakıya gəlir

Maykl Bolton aprelin 19-da Heydər Əliyev Mərkəzində konsert verəcəkMəşhur amerikalı müğənni Maykl Bolton Bakıda konsert verəcək. ANS PRESS-in məlumatına görə, imüğənninin ilk konserti aprelin 19-da Heydər Əliyev Mərkəzində baş tutacaq. Solo konsert proqramında rok-balladaları ilə bütün dünyada şöhrət qazanmış tanınmış bəstəkar və ifaçı həmin gün azərbaycanlı tamaşaçılar üçün ən sevilən və yeni mahnılarını səsləndirəcək.Əsl adı Mixail Bolotin olan 60 yaşlı, rus əsilli müğənni ABŞ-da doğulub və böyüyüb. Bolton uğurlu ifaçılıq karyerası ilə yanaşı, həmçinin ABŞ-ın ən məhsuldar bəstəkarlarından biri kimi tanınır. O, Bob Dilan, Lеdi Qaqa, Dayan Vorren, Devid Foster, Fil Rаmon, Barbra Streyzand, Con Lecend, Jay Z və “KİSS” qrupu kimi dünya ulduzları üçün mahnılar yazıb.“Qremmi” mükafatı laureatı Maykl Boltonun albomları dünya üzrə 53 milyon nüsxədən artıq satılıb. Hollivudun “Şöhrət xiyabanı”nda adına ulduz olan Maykl Boltonun repertuarında sevgi balladaları üstünlük təşkil edir. “Can I Touch You...There?”, “How Am I Supposed To Live Without You”, “Love is a Wonderful Thing”, “Missing You Now” onun ən məşhur mahnılarındandır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb