Dünyanın ən qorxulu adamı 4 ildə 40 kilo kökəldi

12:08 | 02.07.2016
Dünyanın ən qorxulu adamı 4 ildə 40 kilo kökəldi

Dünyanın ən qorxulu adamı 4 ildə 40 kilo kökəldi

Cənubi Koreya kəşfiyyatı bəyan edib ki, Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Inın çəkisindi ciddi artım baş verib.
 
Modern.az xarici mediaya istinadən bildirir ki, kəşfiyyatın hesablamasına görə, Kim Çen In 4 ildə 40 kiloqram kökəlib.
 
Onun çəkisi əgər 2012-ci ildə 90 kiloqram idisə, indi 130 kiloqramdır. Xüsusi xidmətin əməkdaşları güman edirlər ki, buna səbəb Şimali Koreya liderinin yemək və spirtli içki məsələsində qaydalara əməl etməməsidir.
 
Bundan əlavə, xəbər verilir ki, Şimali Koreya lideri yuxusuzluqdan, şəxsi təhlükəsizli ilə bağlı yaranan paranoya və çoxlu siqaret çəkməsidir.
 
Kim Çen In 2011-ci ildən hakimiyyətdədir. Onun atası və babası da köklükləri ilə fərqləniblər, yaman siqaret çəkən olublar, ürək-dmar xəstəliyindən ölüblər.
 
Bir qədər əvvəl Şimali Koreya liderinin hipertoniya və şəkər xəstəliyindən əziyyət çəkdiyi xəbər verilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb