Dövlət qulluğuna qəbul imtahanları nə vaxt başlayır?

17:35 | 26.11.2013
Dövlət qulluğuna qəbul imtahanları nə vaxt başlayır?

Dövlət qulluğuna qəbul imtahanları nə vaxt başlayır?

4, 25 oktyabr, 5 və 20 noyabr 2013-cü il tarixlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 95 dövlət orqanında inzibati vəzifələrin beşinci – yeddinci təsnifatlarına uyğun olan 1046 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan edib. 

ANN.Az-ın məlumatına görə, oktyabrın 4-də elan edilmiş müsabiqə üzrə qeydiyyat noyabrın 4-də, oktyabrın 25-də elan edilmiş müsabiqə üzrə qeydiyyat noyabrın 25-də başa çatıb. Noyabrın 5-də elan edilmiş müsabiqə üzrə qeydiyyat dekabrın 4-də, noyabrın 20-də elan edilmiş müsabiqə üzrə qeydiyyat isə dekabrın 19-da başa çatacaq. Müsabiqənin test imtahanı 2013-cü il 3 dekabr tarixdən başlayacaq. Test imtahanlarının keçirilmə ardıcıllığı ilkin mərhələdə inzibati vəzifələrin 5-ci təsnifatı üzrə, sonrakı mərhələdə isə inzibati vəzifələrin 6-7-ci təsnifatları üzrə nəzərdə tutulmuşdur. Test imtahanı qrafiki Komissiyanın internet saytında (www.dqmk.gov.az) yerləşdirilmişdir. Təqdim edilən qrafikdə namizədlər iddia etdikləri vakant inzibati vəzifə üzrə nəzərdə tutulmuş test imtahanının tarixini və vaxtını seçməklə öz adlarını tapa bilərlər.

Test imtahanının kompüter vasitəsilə keçirilməsini təmin edən “Dövlət qulluğuna qəbul - Test imtahanı” sistemi haqqında məlumatın video təqdimatı Komissiyanın internet saytında yerləşdirilib. Müsabiqənin test imtahanı mərhələsi zamanı namizədlərin aşağıda qeyd olunan sahələr üzrə bilikləri yoxlanılacaq:

- Azərbaycan dili, tarixi, coğrafiyası, mədəniyyəti və Azərbaycanın

müasir beynəlxalq münasibətləri sahəsində                - 15 test tapşırığı;

- qanunvericilik sahəsində                     - 40 test tapşırığı;

- informasiya texnologiyaları sahəsində             - 15 test tapşırığı;

- məntiqi düşünmə qabiliyyəti sahəsində             - 30 test tapşırığı.

Namizədlərin imtahana daha yaxşı hazırlaşması üçün Komissiyanın tərtib etdiyi test imtahanı proqramları və metodiki vəsait və onların tərtib edilməsində istifadə olunan ədəbiyyat siyahısı Komissiyanın internet saytında yerləşdirilib. Test imtahanlarının nəticələri imtahan başa çatdıqdan dərhal sonra namizədlərə təqdim ediləcək. Eyni zamanda nəticələr komissiyasının rəsmi internet saytında da yerləşdiriləcək.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM