Əhalinin 2023-cü il bu rayonlara qayıdışı icra olunacaq

20:23 | 03.02.2023
Əhalinin 2023-cü il bu rayonlara qayıdışı icra olunacaq

Əhalinin 2023-cü il bu rayonlara qayıdışı icra olunacaq

2023-cü ildə mülki əhalinin Laçın şəhərinə və Qarabağın bir sıra digər yaşayış məntəqələrinə qaytarılmasına başlamağı planlaşdırılır. Bunu cümə günü Azərbaycanın Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.


"Dövlət başçısının tapşırığına əsasən, cari ildə Laçın, Şuşa və Zəngilan şəhərlərinin, eləcə də Laçın rayonunun Zabux və Sus kəndlərinin sakinlərinin Vətənə qayıtması təmin edilməlidir”, - Rzayev bu gün keçirilən kollegiya iclasında bildirib.

Rövşən Rzayev əlavə edib ki, rəhbərlik etdiyi struktur münaqişə nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş Qarabağ və ona bitişik rayonların azərbaycanlı əhalisinin öz yurdlarına qayıtması üzrə dövlət proqramının icrası ilə məşğuldur.

Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci il noyabrın 16-da "Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə genişmiqyaslı qayıdış üzrə Dövlət Proqramı”nı təsdiq edib. Sənəd mülki əhalinin bu ərazilərə qayıtmasını təmin etmək üçün bir sıra tədbirlərin və layihələrin həyata keçirilməsini nəzərdə tutur. Dövlət proqramı 2022-2026-cı illər üçün nəzərdə tutulub.
 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM