• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya Azərbaycan ilə sərhəddə sanksiya poliqonları yaradacaq

Rusiya Azərbaycan ilə sərhəddə sanksiya poliqonları yaradacaq
13.08.2015 22:34
Rusiya və Azərbaycan sərhəddini keçdiyi Dağıstanın üç rayonunda sanksiyalaşdırılmış ərzaq mallarının məhv edilməsi üçün poliqonlar yaradacaq.  

Oxu.Az xəbər verir ki, bu barədə ölkənin baş nazirinin müavini Şərip Şəripov bildirib.

Belə ki, xüsusi poliqonlar Dərbənd, Məhərrəmkənd və Qarabudağkənd rayonlarında yaradılacaq.

"Günü sabah bu rayonlara Rusiya kənd təsərrüfatı nəzarəti, Rusiya istehlakçı nəzarəti, Dağıstan respublikasının Kənd təsərrüfatı və malları nazirliyinin, Respublikanın Təbii sərvətlər və ekologiya nazirliyinin, veterinariya üzrə komitənin nümayəndələrindən ibarət işçi qrupları yola düşəcək. Onlar yerli idarə orqanlarının əməkdaşları ilə birgə ətraf mühitə zərər vermədən sanksiyalaşdırılmış malların məhv edilməsi üçün yerləri müəyyənləşdirəcəklər”, - Şəripov ərzaq embarqosu çərçivəsində çatdırılması qadağan edilən malların məhv edilməsinin təşkili məsələlərinin müzakirəsinə həsr edilmiş iclasın gedişatında bildirib.

Nazir müavini qeyd edib ki, ərzaq embarqosu olan ərzaqların məhv edilməsi Dağıstan istehsalçılarına piştaxtalara öz mallarını çıxarmaq imkanı verəcək.

Xatırladaq ki, ABŞ, Aİ ölkələri, Kanada, Norveç və Avstraliyadan gətirilən ərzaq mallarına 2014-cü ildə Rusiya hökuməti tərəfindən qoyulan qadağa, sonradan 2016-cı ilin avqustuna qədər uzadılıb. Cari ilin iyun ayının sonunda ölkə rəhbərliyi Rusiya bazarlarına sanksiya siyahısına daxil olmayan ölkələrin istehsalı kimi daxil olan sanksiyalaşdırılmış malların məhv edilməsi barədə qərar qəbul edib.  

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol