• $
  • €
  • ₽
  • ₺
  • £

​Ekspertlər: Rusiya iqtisadiyyatında problemlər iki il davam edəcək

​Ekspertlər: Rusiya iqtisadiyyatında problemlər iki il davam edəcək
14.08.2015 15:59
Rusiya iqtisadiyyatında müşahidə olunan resessiya 2017-ci ilə qədər davam edəcək. 

"Moody's" reytinq şirkətinin "Moody's Analytics" iqtisadi tədqiqatlar şöbəsinin ekspertlərinin fikrincə, Rusiya bu ilin ilk rübündə resessiya mərhələsinə girib və bu vəziyyət iki il davam edə bilər. Qeyd edək ki, Rusiyada ÜDM bu ilin II rübündə proqnozdan (4,4%) artıq - 4,6% azalıb. İlk rübdə isə azalma 2,2% olub. "Capital Economic's" konsaltinq şirkəti III rübdə Rusiya iqtisadiyyatının 6,3% azalacağını, "HSBC Holdings" maliyyə qrupunun tədqiqatçıları isə ÜDM-də ən çox azalmanın bu ilin son rübündə olacağını proqnozlaşdırırlar.

"Report" xəbər verir ki, Vaşinqtonda yerləşən "IHS Global Insight" investisiya fondunun iqtisadçısı Çarlz Movitin fikrincə, iqtisadi artım mərhələsinə Rusiya ancaq 2017-ci ildə keçə bilər. Belə ki, neftin qiymətinin azalması rubla təzyiqi artırır və inflyasiyanı sürətləndirir. Nəticədə, istehlakçı ağır vəziyyətə düşür. Neftin qiyməti cari səviyyədə davam edərsə, Rusiya iqtisadiyyatı ən az iki il resessiyadan çıxa bilməyəcək.

Qeyd etmək lazımdır ki, Rusiyada iyul ayında illik inflyasiya 15,6% olub. Rusiya Mərkəzi Bankı isə bu il üçün inflyasiyanı 10,8% səviyyəsində proqnozlaşdırır.

HSBC bankının Rusiya üzrə aparıcı iqtisadçısı Aleksandr Morozov bildirib ki, neftin qiymətinin sürətlə düşməsi ölkədəki maliyyə sabitliyi poza bilər.

Helsinkidə yerləşən "Danske Bank"ın strategiyalar üzrə iqtisadçısı Vladimir Miklaşevski qeyd edib ki, valyuta korrektələri Rusiya iqtisadiyyatına xaricdən gələn zərbələri həzm etməyə imkan verəcək. "Əgər Rusiya Mərkəzi Bankı rublun ucuzlaşmasına imkan verərsə, iqtisadiyyatı neft şokundan xilas edə bilər. Uzunmüddətli perspektivdə neftin bugünkü aşağı qiyməti Rusiya iqtisadiyyatına müsbət təsir edəcək, nəhayət ki, iqtisadiyyatın diversifikasiyası həyata keçiriləcək", - deyə V.Miklaşevski bildirib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol