• $
  • €
  • ₽
  • ₺
  • £

Bakcell baza stansiyaların sayına görə Azərbaycanda lider mövqeyə sahib olur

Bakcell baza stansiyaların sayına görə Azərbaycanda lider mövqeyə sahib olur
17.08.2015 09:27
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti abunəçilərinə göstərdiyi mobil rabitə xidmətinin keyfiyyətinin yaxşılaşdırılmasına, əhatə dairəsinin daha da genişləndirilməsinə və şəbəkənin gücləndirilməsinə sərmayə yatırmağa davam edir.
 
 
Hazırda Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. 2000-ə yaxın 3G stansiyası sayəsində "Bakcell”in 3G xidməti əhalinin 85%-ni, ölkə ərazisinin isə 70%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur.
Şəbəkənin gücləndirilməsi istiqamətində görülən işlər nəticəsində şirkət 2G, 3G və 4G baza stansiyalarının sayına görə rəqiblərini üstələyib. Ümumilikdə baza stansiyalarının sayını 5299-a çatdıran şirkət  cəmi bir neçə ay əvvəl istifadəyə verdiyi 4G xidməti üzrə də ölkədə lider mövqeyə sahibdir.
 
 
 
Hazırda Bakcell  2947  2G, 1979  3G və 373  4G baza stansiyası  vasitəsilə abunəçilərinə yüksək keyfiyyətli mobil rabitə və İnternet xidməti göstərir.
 
Bazarda aparıcı mobil internet provayderi mövqeyinə sahib olan Şirkət yaxın zamanda 3G və 4G baza stansiyalarının sayını artırmaqla yüksək keyfiyyətli Mobil İnternet xidmətinin əhatə dairəsini daha da genişləndirməyi və 2016-cı ilin ortasına qədər əlavə 1000 4G baza stansiyasını quraşdırmağı qarşısına hədəf qoyub. Baza stansiyalarının sayının və tutumumun artımı respublikanın paytaxtda və  bölgələrində, eləcə də ucqar ərazi hesab olunan kənd və rayonlarda daha keyfiyyətli və kəsintisiz mobil rabitə və İnternet xidmətini təmin edəcək.
 
 
Bakcell şirkəti eyni zamanda 4G xidmətindən faydalanan abunəçilərin sayına görə də liderdir.
 
"Bakcell şirkəti bugün Azərbaycanda baza stansiyalarının sayına və tutumuna görə liderdir. Biz Azərbaycanın ən ucqar nöqtələri daxil olmaqla bütün ölkə ərazisində abunəçilərimiz üçün keyfiyyətli mobil rabitəni və İnterneti təmin etmək məqsədilə 2G və 3G şəbəkəmizi genişləndirərək öz rəqiblərimizi üstələyirik. Biz eyni zamanda mobil İnternet bazarında ən böyük paya mailk olan şirkətik. Rəqiblərimiz mobil İnternetin həm keyifyyətində, həm də həcmində bizdən geri qalır. Cəmi bir neçə ay öncə istifadəyə verdiyimiz 4G LTE xidməti hal-hazırda yalnız Bakı şəhərini əhatə etsə də, bu xidmətdən istifadə edən abunəçilərimizin sayı sürətlə artır”, deyə Bakcell şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol