• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan fond bazarının inkişafına diqqəti artırır

Azərbaycan fond bazarının inkişafına diqqəti artırır
28.09.2015 22:34
Azərbaycanda 2016-2019-cu illər ərzində qiymətli kağızlar bazarının inkişaf etdirilməsi məqsədilə iri dövlət müəssisə və şirkətlər tərəfindən fond bazarı vasitəsilə sərmayənin cəlb edilməsi və bu qiymətli kağızlarla ticarətin təmin edilməsi nəzərdə tutulur.

"Report"un məlumatına görə, bu barədə parlamentə təqdim olunan Azərbaycanın 2016-2019-cu illər üçün sosial-iqtisadi inkişaf Konsepsiyasının layihəsində məlumat verilir.

"Report"un analitik qrupu qeyd edir ki, iri dövlət müəssisələrinin qiymətli kağızları Azərbaycan fond bazarını canlandırmasa da, səhmləri yerli və xarici investorlarda bazara marağı artıra bilər. Bunun üçün fond birjasının səhmdarı olan BİST-in (İstanbul Fond Birjası) təcrübəsindən istifadə etmək mümkündür. Qeyd edək ki, BİST Avropanın texniki cəhətdən ən yaxşı təchiz edilmiş ikinci fond birjası hesab olunur.

"Fond birjası şirkətlərin səhm emissiyası zamanı risksiz maliyyələşmə cəlb etməsinə imkan yaradır. Kapital bazarı sərbəst iqtisadiyyatların bünövrəsini təşkil edir, fond bazarının inkişaf etdirilməsi iqtisadiyyatın canlanmasına, xarici kapitalın cəlb edilməsinə imkan yaradır, şəffaflığın artmasına səbəb olur. Bununla yanaşı, birjanın inkişafı əhalinin istifadəsiz qalan yığım ehtiyatları üçün alternativ investisiya mühiti yaradır. Bu səbəbdən kapital bazarının inkişaf etdirilməsi üçün dövlət səviyyəsində, KİV-də xüsusi iş aparılmalıdır", - analitiklər qeyd edir.

Eyni zamanda, "Report"un ekspertləri hesab edirlər ki, əcnəbi investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında xarici ölkələrlə yeni sazişlərin imzalanması müsbət hal sayıla bilər: "Layihəsi hazırlanan Konsepsiyada xarici investisiyaların təşviqi sahəsində stimullaşdırıcı tədbirlərin miqyası və çeşidinin genişləndirilməsi nəzərdə tutulub. Bura vergi və gömrük güzəştlərinin tətbiqi aiddir. Bu baxımdan əsasən az inkişaf etmiş və ya yeni texnologiyalar tələb edən sahələrin təşviqi xüsusilə artırılmalıdır".
www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol