Bakı-Sumqayıt qatarında baş verən nasazlıqla bağlı RƏSMİ AÇIQLAMA

Bakı-Sumqayıt qatarının hərəkətində fasilə yaranıb.
Bunu Trend-ə təsdiqləyən "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov qeyd edib ki, qatarın hərəkətində yaranan 10 dəqiqəlik fasilə aradan qaldırılıb və sərnişinlər mənzil başına çatdırılıb.
Qurum rəsmisi yaranmış problemin səbəbini belə izah edib: "Sumqayıtdan-Bakıya gedən 8:45 qatarında elektrikdə gərginlik yaranıb və qatar Biləcəri stansiyasında dayanmalı olub. Amma sonradan nasazlıq aradan qaldırılıb. Hazırda qatarlar öz qrafikləri ilə hərəkətlərini davam etdirirlər”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Son xəbərlər 
Daha çox 






















