• $
  • €
  • ₽
  • ₺
  • £

Qanunvericilik aktları sistemini artıq mobil telefona yükləmək olar

Qanunvericilik aktları sistemini artıq mobil telefona yükləmək olar
08.12.2015 18:21
 "LegalActs Mobile" Azərbaycan şirkəti maraqlı yeni əlavə proqram tərtib edib.
 
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, yeni hibrid (onlayn-oflayn) əlavəsi Azərbaycan qanunvericilik aktlarını sistemdə saxlamaq və onlardan internetə daxil olmadan istifadə etmək imkanı yaradır.
 
Proqram "Android/iOS" mobil platformalarında işləyir və "www.LegalActs.az" saytında olan bütün məlumatlardan pulsuz istifadə etməyə imkan verir. Saytda Azərbaycan, rus və ingilis dillərində 38000-dən çox sənəd var.
 
Saytda Azərbaycan Respublikasının Qanunları, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamları, Azərbaycan Respublikası Milli Məclisinin və Nazirlər Kabinetinin Qərarları, müxtəlif idarələrin, təşkilatların sənədləri və təlimatları, beynəlxalq sazişlər və müqavilələr ilə tanış ola bilərsiniz. Məlumatın bir hissəsi pulsuz istifadə üçün açıqdır və müntəzəm olaraq yenilənir. Məlumat bazasında baxış üçün açıq olan dərc edilmiş normativ aktların bütün redaksiyalarını da əldə etmək mümkündür.
 
İstifadəçi kartlarını almaqla Azərbaycan Respublikası Qanunvericiliyinin Məlumat Bazasına giriş üçün tam icazə əldə etmək mümkündür. İstifadəçilərin rahatlığı üçün 6, 14, 20 və 35 manat nominallı dörd növ kart nəzərdə tutulub. Kartların əldə edilməsi üçün sayt və ya telefon vasitəsilə sifariş vermək və ya plastik kartlar (VISA / MasterCard) vasitəsilə ödəniş etməklə, sənədlərə həmin anda giriş əldə etmək mümkündür.
 
İşə başlamaq üçün istifadəçi akkauntunu qeydiyyatdan keçirməlidir ki, Qanunvericilik Məlumat Bazasına daxil edilmiş istənilən pullu sənəddən istifadə etsin, şəxsi hesabının cari vəziyyəti barədə məlumat alsın, istənilən vaxt müstəqil olaraq parolu dəyişsin və  hesabını doldursun.
 
Xidmətlərdən istifadə etmək üçün müxtəlif nominalda müddətli kartlar mövcuddur. Belə ki, nominalı 6 manat olan aktivləşdirilmiş kart 75 gün, 14 manat - 120 gün, 20 manat - 180 gün, 35 manat olan aktivləşdirilmiş kart isə 240 gün ərzində qüvvədə olur.
Proqramı buradan yükləmək olar: "Android" üçün - https://play.google.com/store/apps/details…
 


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol