• $
  • €
  • ₽
  • ₺
  • £

CNBC telekanalı “AppLab” layihəsinin qalibini 2015-ci ilin 20 ən yaxşı startapından biri elan edib

CNBC telekanalı “AppLab” layihəsinin qalibini 2015-ci ilin 20 ən yaxşı startapından biri elan edib
17.12.2015 13:45
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti həyata keçirdiyi "AppLab” layihəsinin qaliblərinin uğurlu startap ideyaları arasında "ən yaxşılarından biri” seçildiyini qürur hissi ilə elan edir. 

Bu ilin yayında "AppLab” layihəsinin məzunu olmuş BethClip tətbiqi "CNBC” telekanalı tərəfindən 2015-ci ildə dünya üzrə yaradılmış ən yaxşı və parlaq 20 startap layihəsindən biri elan edilib.

"AppLab” innovativ mobil developer layihəsinə Bakcell şirkəti tərəfindən 2014-cü ilin sentyabr ayında gələcək nəsil mobil texnologiyalar sahəsində dünya lideri olan "Qualcomm” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində start verilib.

Bu il keçirilən "Qlobal Sahibkarlıq Həftəsi” (Global Entrepreneurship Week) 160 ölkəni və təxminən 10 milyon insanı əhatə edir. Bu tədbirin ən önəmli hadisələrindən biri kimi hər il dünyanın əsas şəhərlərində keçirilən "Açıq Startap Yarışı” (Startup Open competition) sahibkarlara öz ideyalarını irəli sürməyə imkan yaradır. Bu ilki müsabiqəyə 89 ölkədən 800-dən artıq startap ideyası təqdim olunub. Müraciətlərin yetmiş faizi ABŞ hüdudlarından kənardan olub.

Parlaq ideyaları həyata keçirən, iqtisadi inkişafa təkan verən və insanların rifahını yüksəldən bu yenilikçilər ABŞ-ın mikroelektronika sənayesinin mərkəzi olan Silikon (Silisium) Vadisindən çox-çox uzaqlarda – Uqanda, Kamerun, Filippin, İsrail, Çili və Ukrayna kimi ölkələrdə yaşayıb yaradırlar.

Bethclip hər hansı bir kontentin (mətn, şəkil, media, fayl) istənilən platformalar (Android, iOS, Windows, Mac OSX) arasında bir cihazdan digərinə tək toxunuşla köçürülməsinə imkan yaradır. Bethclip mobil tətbiqini Android platformalı cihazlar üçün Google Play Store daxil olaraq https://play.google.com/store/apps/details?id=com.bethclip.android linkindən, Apple Store-dan isə https://itunes.apple.com/us/app/bethclip-clipboard-sync/id957669022 linkindən yükləmək olar. Mübadilə buferinin ani sinxronlaşdırılması xassəsinə malik olan bu tətbiq gündəlik işlərimizə rahatlıq və komfort gətirə biləcək birklikli inqilabi həllərdən biridir.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
İqtisadiyyat 12:48
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
İqtisadiyyat 12:28
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
İqtisadiyyat 12:01
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
İqtisadiyyat 11:58
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
İqtisadiyyat 11:54
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol