• $
  • €
  • ₽
  • ₺
  • £

Təbii xama, yoxsa sarımtıl rəngli naməlum məhsul? - FAKT

Təbii xama, yoxsa sarımtıl rəngli naməlum məhsul? - FAKT
18.12.2015 11:43
Və ya Romaşka doğrudanmı təbiət tərəfindən yaradılıb?
 
Bu başdan deyək ki, Romaşka təbii xama deyil. Və ümumiyyətlə xama deyil. Bu məhsulun bazarda xama adı ilə satılmasına, markalanmasına və Azərbaycan alıcısına aldadaraq təqdim edilməsinə istehlakçı hüquqlarını müdafiə edən qurumların son verəcəyinə ümid edirik.
 
Niyə Romaşka? Çünki bu gün bu məhsul Azərbaycan xama bazarının böyük hissəsini tutmaqla yanaşı, "xama” anlayışını diqtə edir. Müştərinin fikrincə, "Romaşka qatıdır, yağlıdır”. Əslində isə…
 
Azərbaycanlı alıcının yediyi hər bir məhsulu laborator analizdən keçirib doğrudan təbii olub-olmadığına əmin olmağa nə vaxtı, nə də pul xərcləməyə həvəsi var. Ona görə də bu alıcını aldatmaq istəyən çox olur. "Sozdano prirodoy. Sdelano v Latvii” şüarı ilə Azərbaycan istehlakçısına təqdim edilən Romaşka kimi.
 
ANN.Az Qaynarinfo.az-a istinadən xəbər verir ki, müstəqil müştəri kimi, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Sınaq laboratoriyasına göndərdiyimiz nümunələrin cavabları bizi xeyli təəccübləndirdi. Süd məmulatları üzrə mütəxəssislər, kimya və biologiya üzrə mütəxəssislərlə təhlil edib, məsləhətləşdikdən sonra isə bu nəticələri oxuculara da təqdim etməyə qərar verdik.
 
Təbii xama qaymaq, süd və onun çalınmasında iştirak edən mayadan ibarət olsa da, laboratoriya nəticələri Romaşka xamasında maya göbələklərini göstərmədi. Daha maraqlı nəticə isə məhsulun faydalılığını və təbiiliyini əsaslandıran süd turşusu mikroorqanizmlərinin xamada tamamilə yoxluğudur. Halbuki, standartlara görə xamanın hər qramında maya göbələkləri və süd turşusu mikroorqanizmləri olmalıdır. Əks halda, bu məhsul nəinki xama, heç süd məhsulu da adlandırıla bilməz. Bütün faydalılığı da təbii ki, itmiş olur.
 
Bəs nə üçün Romaşka-da təbii süd məmulatlarına xas olan bu mikroorqanizmlər yoxdur? Səbəb məhsulun saxlama müddətinin 3 ay olmasıdır. Orqanizmə faydalı olan bu mikroorqanizmləri o qədər müddətə xama içərisində saxlamaq mümkün deyil. Buna görə də istehsal zamanı müxtəlif qatqılarla məhsuldakı mikroorqanizmlər öldürülür.
 
Halbuki, Azərbaycanda süd məmulatları istehsalına verilən tələblərdən biri də məhsulun qısamüddətli olmasıdır. Müqayisə üçün götürdüyümüz digər məhsul isə bənzər şüarlı - "Təbiətdən mətbəxə” şüarı ilə alıcılara təqdim edilən Səba xaması idi. Laboratoriya nəticələri bizi təəccübləndirdi. Yaxşı mənada. 14 günlük saxlama müddətinin 7-ci günü laboratoriyaya təqdim olunmuş məhsulun hər qramında 30 KƏGV (koloniya əmələ gətirən vahid) maya göbələyi (yol verilən maksimum 50-dir) və 25x107 KƏGV süd turşusu mikroorqanizmləri (minimum 1* 107olmalıdır) aşkarlandı. Bu isə standartlara tam uyğunluq idi.
 
Bu araşdırma ilə sadəcə bir nümunə göstərdik. İqtisadiyyatımızın bütün sahələrində bu cür romaşka-lar var. Qiyməti yerli məhsullardan daha artıq, keyfiyyəti isə vəd edildiyindən, etiket və markalanmasında göstərildiyindən aşağı olan xarici istehsal iqtisadi inkişafımıza səbəb ola bilməz. Əhalini təbii və yüksək keyfiyyətli məhsulla təmin etmək üçün uzağa getmək lazım deyil. Yerli istehsalı gücləndirmək və standartlara riayət edilməsinə nəzarət kifayətdir.



Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol