• $
  • €
  • ₽
  • ₺
  • £

​Azərbaycanda yumurtanın qiyməti bahalaşdı

​Azərbaycanda yumurtanın qiyməti bahalaşdı
23.12.2015 12:49
 "Azərbaycanda istehsal olunan quş ətinin qiyməti hələ ki, dəyişməsə də yumurtanın qiyməti artıq 25 faiz artıb".

Bunu "Report"a Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev deyib.

O bildirib ki, bu günə kimi müəssisələrdə yumurtanın qiyməti 11 qəpik idisə, bu gündən 14-15 qəpiyə satılacaq: "Yumurtanın qiymətində hazırda 25 faiz artım var. Qiymətin daha da qalxacağı, yaxud azalacağı ilə bağlı proqnoz vermək mümkün deyil. Bu, iqtisadiyyatın ümumi vəziyyətindən asılı olacaq. Hazırda toyuq ətinin qiymətləri hələ ki, 2 manat 40 qəpiklə, 3 manat 5 qəpik arasındadır. Bu fərq məhsulun qablaşdırılmasından asılıdr".

A.Vəliyev xatırladıb ki, quşçuluq müəssisələri istehsal üçün lazım olan bütün xammalı, avadanlığı xaricdən gətirir: "Müəssisələr üçün lazım olan dərman preparatlarının, yem əlavələrinin, lazım olan avadanlığın 100 faizi başqa ölkələrdən alınır. Yemin isə 80-85 faizi xaricdən gətirilir. Qarğıdalı, buğda və arpanın sadəcə 10-15 faizi yerli məhsul hesabına təmin olunur".

A.Vəliyevin sözlərinə görə, məsələni həll etmək üçün ilk növbədə yem problemi həll olunmalıdır. Onun sözlərinə görə, müəssisələrə yem istehsal edə bilmələri üçün torpaq sahələri ayrılarsa, problemi çözmək olar. O, bildirib ki, bu məsələ ilə bağlı illərdir müvafiq qurumlara etdikləri müraciətlər nəticəsiz qalıb: "Quşçuluq müəssisələrinə torpaq sahələrinin ayrılması ilə bağlı müvafiq orqanlarla danışıqlarımız bu gün də davam edir. Amma hələ ki, nəticə yoxdur. Bu, uzun bir prosedir. Torpaq sahələrinin çoxu şoranlaşıb, üzərində qeyri-qanuni tikililər var, həmin ərazilərə işıq, su çəkilməlidir və s. Bütün quşçuluq müəssisələrinin müəyyən qədər torpaq sahəsi olarsa, yem problemini aradan qaldırmaq olar".
A.Vəliyev onu da bildirib ki, hazırda quşçuluq müəssisələrinin ən böyük problemləri kreditlərlə bağlıdır. Cəmiyyət sədrinin sözlərinə görə, müəssisələrin inkişafı üçün onlara verilən kreditləri ödəyə bilmədiklərindən banklarla aralarında problem yaranır: "Müəssisələrin götürdükləri kreditləri verə bilməməsi daha çox bazar darlığı ilə bağlıdır. İstehsal etdikləri məhsulu bazarda sata bilmirlər, çünki yerli bazarda olan məhsulun beşindən ikisi xaricdən gətirlən donmuş toyuq ətidir. Bu səbəbdən də quşçuluq müəssisələrinin anbarlarında minlərlə ton satılmayan məhsul toplanır".  

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol