• $
  • €
  • ₽
  • ₺
  • £

Banklar bu kreditlərin verilməsini də dayandırdı

Banklar bu kreditlərin verilməsini də dayandırdı
26.12.2015 12:16
Dolların bahalaşması bankları avtomobil kreditlərini dayandırmağa vadar edib.


Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərarın təsirləri Azərbaycanda avtomobil bazarından da yan keçməyib.

ANS PRESS-in məlumatına görə, yeni avtomobillərin satıldığı əksər avtosalonlar qiymətləri hələ ki , çox qaldırmasalar da, avtomobil kreditləri dayandırılıb. Bunu satıcılar da təsdiqlədilər.

Paytaxtın məhşur avtosalonlarından birinin satıcısı Nübar Cabbarova deyir ki, 2015-ci il model avtomobillərinin qiymətini daha da artırmaq niyyətində deyillər. 

"Onsuz da satışlarımızın sayı həddən artıq azalıb. İki gün ərzində bir avtomobili güclə satırıq. Qiymətləri qaldırıb olan alıcıları da itirməyin heç bir mənası yoxdur. Ancaq onu deyə bilərəm ki, bizim şirkət kreditləri manatlar verirdi və son günlər manatın qiymətinin ucuzlaşması bankın avtomobil kreditlərini dayandırmasına səbəb olub".-deyə satıcı əlavə etdi.



Avtomobil salonlarından biri

Müşahidə apardığımız digər avtosalonlarda da oxşar vəziyyət hiss edilirdi. Avtosalonların əməkdaşları da qiymət artımının olmadığını bildirirdilər. Səbəb olaraq isə əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsini və dolların qiyməti yüksələndən sonra avtomobil gətirmədiklərini göstərirlər.

Alıcılar da yeni maşınların satışı ilə məşğul olan avtosalonların əksəriyyətində qiymət artımının cüzi olduğunu deyirlər. Maşın almaq istəyən Aqil Abbasov bildirdi ki, onun 24 min 800 manata almaq istədiyi avtomobilin qiymətində heç bir artım olmayıb:

"Bu gün eşitdim ki, banklar manatla olan avtomobil kreditlərini dayandırıblar. Düşünürəm ki, avtosalonlar istəmir ki, qiyməti qaldırıb onsuzda az olan alıcılarını itirməsinlər. Həm də niyə artırmalıdırlar ki? Axı onlar avtomobilləri dollar bahalaşmamışdan əvvəl gətiriblər".


Azər Allahverənov- Nəqliyyat üzrə ekspert

Ekspertlər isə, bankların avtomobil kreditlərini dayandırmasının alıcılıq qabiliyyətinin daha da aşağı düşməsinə səbəb olacağını bildirirlər. Nəqliyyat üzrə ekspert Azər Allahverənov deyir ki, Milli Bank bir ildən artıq müddətdir ki, banklara avtokreditlərin dayandırılması ilə bağlı öz tapşırıqlarını verib: 

"Bəzi banklar onsuzda kredit verməkdən imtina etmişdi. Bəziləri isə kredit şərtlərini bir az daha ağırlaşdırmışdı. Buna görə də onsuzda maşın bazarında çətin vəziyyət yaranmışdı. Bunu ölkəmizə gətirilən avtomobillərin sayında da görmək mümkündür. Belə ki, ötən illərdə Azərbaycana 110 min nəqliyyat vasitəsi gətirilmişdisə, hazırda bu rəqəm 40-50 mindir. Kreditin dayandırılması isə bu rəqəmin daha da aşağı düşməsinə səbəb olacaq".

Ancaq ekspert bunun müsbət tərəflərinin də olduğunu bildirdi: 

"Hazırda Azərbaycanda 1.1 milyon avtomobil var ki, bunun da 900 mini Bakıdadır. Şübhəsiz ki, paytaxtda hər gün avtomobillərin sayının artması ekoloji vəziyyətin daha da pisləşməsinə səbəb olur. Bütün son proseslər isə avtomobil sayının artmamasına və ekoloji vəziyyətin düzəlməsinə səbəb olacaq". 

Digər tərəfdən bu vətəndaşların riskdən azad ediləcəyinə şərait yaradacaq.

"Fevral devalvasiyasından sonra onsuz da dollarla kredit verən vətəndaşların ödənişləri daha da çoxaldı. Ancaq belə bir addım kredit götürüb maşın alacaq vətəndaşları bir növ sığortaladı. Vətəndaş kredit götürə bilməyəcək və bununla da riskdən sığortalanmış olacaq", -deyə A. Allahverənov bildirdi.

Xatırladaq ki, dekabr ayının 1-də Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti üzən məzənnə rejiminə keçidlə bağlı qərar qəbul edib. Bunun nəticəsində manat 47% devalvasiya edib.


Dolların qalxması və pulunu dollara çevirən vətəndaşlar

Bankın açıqladığı rəsmi məzənnələrdə bunu açıq-aydın görmək olur. Belə ki, rəsmi məzənnə bülletenindən görünür ki, dollar həftəyə kəskin bahalaşma ilə - 1,55 manatla başlayıb. Bu gün isə 1 dollar 1.5540 manatdır. Hazırda rus rublunun məzənnəsi 1 manat 0.0221-AZN-dir.

Ümumiyyətlə, manat bütün valyutalar qarşısında dəyər itirib. 

Ümumiyyətlə , bütün bu baş verənlər fonunda avtomobil kreditlərinin dayandırılması bir növ müsbət addımdır. Çünki neftin hər gün bahalaşdığını, dolların isə əksinə hər gün biraz daha dəyər itirdiyini nəzərə alsaq, bu addım vətəndaşları əlavə problemlərdən xilas edəcək. Ancaq mənfi cəhəti odur ki, avtomobil arzusunda olanlar bu istəklərini reallaşdıra bilməyəcəklər. Ona görə avtomobil almaq istəyənlər ya bu istəklərindən əl çəkməli , ya da borc hesabına nağd yolla avtomobil sahibi olmalıdırlar. 


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol