• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərbaycan Dəmir Yolları" bəzi stansiyalarda vaqon tərəziləri quraşdırır

"Azərbaycan Dəmir Yolları" bəzi stansiyalarda vaqon tərəziləri quraşdırır
05.01.2016 17:04
"Azərbaycan Dəmir Yolları" QSC daşınan inersiyalı yüklərin çəkisinə nəzarət etmək üçün bir sıra stansiyalarda yeni vaqon tərəziləri quraşdırmağı planlaşdırır. 

Bu barədə Trend İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən məlumat verir.

Məlumatda deyilir ki, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 30 iyun 2015-ci il tarixli iclası zamanı verilmiş tapşırıqların icrası məqsədilə "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən aşağıdakı işlər həyata keçirilib:

- İnersiyalı yüklərin dəmir yolu ilə daşınması məqsədilə 1000 ədəd yarımvaqon və 200 ədəd platforma vaqonları alınaraq istismara buraxılıb;

- Binə, Dübəndi, Zabrat stansiyalarında xüsusi yükboşaltma məntəqələri yaradılıb və Mingəçevir şəhər, Bərdə və Vətəgə stansiyalarında yük doldurma sahələri bərpa edilib. Eyni zamanda tələbata uyğun olaraq zərurət yarandığı təqdirdə, digər müvafiq stansiyalarda da inersiyalı yüklərin boşaldılması üçün zəruri mobilliyi olan meydançaların yaradılması planlaşdırılır;

- Dəmir yolunda inersiyalı yüklərin yarımvaqonlarda daşıma normalarının müəyyənləşdirilməsi məqsədilə müvafiq işçi komissiya yaradılıb və bu iş daim nəzarətdə saxlanılır;

- Daşınan inersiyalı yüklərin çəkisinə nəzarət etmək məqsədilə Keşlə stansiyasında yeni vaqon tərəzisi quraşdırılıb, Mingəçevir şəhər və Gəncə stansiyalarındakı vaqon tərəziləri bərpa edilib. İmişli stansiyasında yeni vaqon tərəzisinin quraşdırılması işləri yekunlaşmaq üzrədir və digər inersiyalı yüklər yüklənən stansiyalarda da yeni vaqon tərəzilərinin quraşdırılması planlaşdırılır.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol