• $
  • €
  • ₽
  • ₺
  • £

TAP dünyanın iqtisadi əhəmiyyətli 10 layihəsi siyahısına daxil edildi

TAP dünyanın iqtisadi əhəmiyyətli 10 layihəsi siyahısına daxil edildi
06.01.2016 15:19
Siyahıda ilk yeri Osaka-Tokiyo maqnit dəmir yolu xəttinin inşası layihəsi tutub

Trans-Adriatik Boru Kəməri (TAP) dünyanın iqtisadi əhəmiyyətli əsas 10 investisiya layihəsinin siyahısına daxil edilib. "Report" xəbər veir ki, bu barədə "Il Sole 24 Ore" qəzeti məlumat yayıb.

Qəzetin tərtib etdiyi "Top-10" siyahısında 7-ci yeri TAP layihəsi tutur. Siyahıda birinci yerə Yaponiyanın Osaka və Tokiyo şəhərləri arasında çəkilmiş maqnit dəmir yolu xətti layihəsi layiq görülüb. Həmin dəmir yolu xəttinin inşası 38,5 mlrd. dollara başa gəlib ki, bu da onu dünyanın ən bahalı dəmir yolu xətti edir.

TAP layihəsinin isə ümumi dəyəri 2 mlrd. dollar civarında müəyyənləşib və 870 km uzunluğunda olan kəmər Türkiyə, Yunanıstan, Albaniya və İtaliyadan keçəcək. İnvestisiya layihəsi çərçivəsində artıq işlərə başlanılıb.

Beynəlxalq Valyuta Fondu (IMF), Dünya Bankı (WB) və digər maliyyə institutları qarşıdakı illərdə Albaniyada iqtisadi artımın əsas hərəkətverici qüvvəsi kimi TAP layihəsini qeyd edir.

Qeyd edək ki, bəzi iqtisadçıların fikrincə, 7-10 ildən sonra dünya II Dünya Müharibəsindən sonra ən böyük iqtisadi böhranla üzləşə bilər. Bunun qarşısını almaq üçün isə milli iqtisadiyyatlar modernləşdirilməli, infrastruktur layihələrinə yatırılan investisiyalar artırılmalıdır.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol