• $
  • €
  • ₽
  • ₺
  • £

Xarici valyutanın məzənnəsi bazarlıq oldu - AÇIQLAMA

Xarici valyutanın məzənnəsi bazarlıq oldu - AÇIQLAMA
07.01.2016 16:45
Azərbaycanda nağd xarici valyutanın alış və satış məzənnələrinin satışı müstəqil şəkildə həyata keçiriləcək. Mərkəzi Bankın bu gündən qüvvəyə minmiş "Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması qaydaları” bunu özündə ehtiva edir. Məzənnələr bankın xüsusi əmri ilə təsdiqlənir, amma şöbələr üzrə fərqli ola bilər. Yəni valyuta dəyişmə məntəqələri artıq məzənnələri Mərkəzi Bankın göstərdiyi rəqəmlərlə deyil, fərqli şəkildə alış-satışı həyata keçirə biləcəklər. 

Mərkəzi Bankın bu qərarını ANN.Az-a şərh edən iqtisadçı ekspert Oqtay Haqverdiyevin fikrincə, bundan sonra məzənnə tələb və təklifin əsasında müəyyənləşdiriləcək: "Ölkədə baş verən devalvasiyalardan öncə, qanunvericiliklə hər bir valyuta dəyişmə məntəqələrinə belə şərt qoyulmuşdu ki, Mərkəzi Bankın rəsmi məzənnəsinin üzərinə məntəqə sahibi maksimum 2 faiz pul qoya bilərdi. Valyuta dəyişmə məntəqəsinin sahibləri də buna əməl edirdi. O vaxt bu məsələyə ciddi nəzarətdə vardı, yoxlanılırdı. Birinci devalvasiyadan (2015-ci il fevralın 21-dən ) sonra bu qayda olduğu kimi qaldı. İkinci devalvasiyadan sonra isə Mərkəzi Bank  manatın məzənnəsini sərbəst buraxdı, ondan sonra məntəqələrə sərbəstlik verildi. Yəni məntəqələrə qoyulan 2 faiz məsələsi ləğv edildi. İqtisadi tərəfdən baxsaq, indi məzənnələr tələb və təklifin əsasında olacaq”. 

Fikrini nümunələrlə genişləndirən O.Haqverdiyev deyib ki, bir qəsəbədə 5 valyuta dəyişmə məntəqəsi varsa, artıq onların hər birində məzənnə göstəriciləri fərqli şəkildə ola bilər: "Yəni valyuta dəyişmə məntəqələrinə sərbəstlik verilib. Bu qərar külli miqdarda dollar dəyişən əhaliyə təsir etməsə də, az miqdarda dollar dəyişənlərə təsir edəcək. Hamı çalışacaq ki, münasib qiymətə harda dollar dəyişmək olarsa, ora getsin”.

Mərkəzi Bankın 29 dekabr 2015-ci ildə qəbul etdiyi, 6 yanvar 2016-cı ildə qüvvəyə minmiş "Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması qaydaları”nı oxucuların diqqətinə çatdırır (Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması qaydaları).

Qaydaların "Ümumi müddəalar” bölümündə qeyd olunur ki, mübadilə şöbəsi bankın səlahiyyətli idarəetmə orqanının qərarına əsasən bankın özünün, filial və ya şöbəsinin yerləşdiyi ərazi vahidində (rayon, şəhər, şəhər rayonu, qəsəbə, kənd) yaradılır, Mərkəzi Bankın verdiyi icazə əsasında fəaliyyət göstərir. Qaydaların əməliyyatların aparılması və uçotuna, məzənnənin müəyyən edilməsinə, əməliyyat gününün başa çatdırılmasına dair tələbləri bankın, bankın filial və şöbələrinin, xarici bankın yerli filialının və poçt rabitəsinin milli operatorunun daxilində aparılan mübadilə əməliyyatlarına da şamil edilir.

Sənədin "Əməliyyatların aparılması” bölümünə əsasən, mübadilə şöbələrində bu əməliyyatlar həyata keçirilir:

- xarici valyutada yol çeklərinin nağd manatla və nağd xarici valyuta ilə alınması və satılması;

- bir xarici dövlətin nağd valyutasının digər xarici dövlətin nağd valyutası ilə alınması və satılması;

- xarici dövlətin pul nişanlarının həmin xarici dövlətin başqa pul nişanlarına dəyişdirilməsi;

- pos-terminal vasitəsilə müştərilərə nağd pulun verilməsi;

- nağd xarici valyutanın həqiqiliyin yoxlanılması üçün ekspertizaya qəbul edilməsi.

Qaydaya görə, bankın əmri ilə mübadilə şöbələrinə milli və xarici valyutada avansın məbləği üzrə limit təyin edilir. Avanslar bankda müəyyən edilmiş limit həcmində şöbəyə əməliyyat günü müddətinə verilir. Mübadilə şöbəsində bir müştəriyə 500 (beş yüz) ABŞ dollarına ekvivalent məbləğdən artıq mübadilə əməliyyatı şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılır. Əməliyyat günü ərzində xarici valyuta və ya manat vəsaitləri qurtardığı hallar istisna olmaqla mübadilə şöbəsində yalnız alış və ya yalnız satış əməliyyatlarının aparılmasına yol verilmir.

Qaydanın "Məzənnənin müəyyən edilməsi” bölümünə əsasən, nağd xarici valyutanın alış və satış məzənnələri banklarda müstəqil şəkildə təyin edilir. Məzənnələr bankın xüsusi əmri ilə təsdiqlənir və şöbələr üzrə fərqli ola bilər.

Orxan Aslanlı
 
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol