• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 3,7 milyon nəfərin maaşı, pensiya və müavinətləri artacaq

Azərbaycanda 3,7 milyon nəfərin maaşı, pensiya və müavinətləri artacaq
13.01.2016 10:47
Əmək haqlarının, pensiyaların, sosial müavinətlərin artımı təxminən 3,7 milyon nəfəri əhatə edəcək. Bu isə bizim əhalinin 30%-ni təşkil edir.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İdris İsayev ANS TV-yə müsahibəsində bildirib.

"Büdcə təşkilatlarında artıq 620 mindən artıq insan çalışır, 1 milyon 300 minə yaxın pensiyaçımız, 500 minə yaxın ünvanlı sosial yardım alan şəxslər var. Qaçqınları da götürsək təxminən 3,7 milyon nəfərin əmək haqları artırılacaq”.

O, məbləğin hesablanması məsələsinə də aydınlıq gətirib:

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Respublikanın rayonlarında monitorinq qrupları təşkil edib. Minimum istehlak səbətinə daxil olan məhsullar üzrə bu qiymətlər bizim monitorinq qruplarımız tərəfindən qeydə alınır.

Məlumatlar müvafiq qaydada toplanır. Şübhəsiz biz bu prosesi ayın sonuna kimi davam etdirəcəyik. Məlumatlar icmallaşdırıldıqdan sonra, devalvasiyanın müvafiq təsirlərini qiymətləndirəcəyik.

Burda vacib məqamlardan biri də ondan ibarətdir ki, istehlak səbətinə daxil olan məhsulların müəyyən bir qismi idxal olunan məhsullardır. Bunlar arasında xüsusilə kərə, bitki yağı və s. məhsulları qeyd etmək olar.

Bunların qiymətində artım şübhəsiz istehlak səbətinə yenidən baxılması məsələsini ortaya qoyur. Məbləğ bu təsirlər əsasında müəyyən ediləcək”, - deyə nazir müavini müsahibəsində qeyd edib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol