• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident: “Biz neft amilindən asılılığı tamamilə kənara qoyacağıq”

Prezident: “Biz neft amilindən asılılığı tamamilə  kənara qoyacağıq”
30.01.2016 11:19
Prezident İlham Əliyev: "Azərbaycan inamla inkişaf edir”

 "Erməni lobbisi bizi qaralamaq, ləkələmək, bizə şər-böhtan atmaq üçün durmadan çalışır. Anti-Azərbaycan qüvvələr onlara qoşulublar. Bizim müstəqil siyasətimizi həzm edə bilməyənlər də bizi ləkələyirlər”.
 
APA-nın məlumatına görə, bunu Azərbaycan prezident İlham Əliyev Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşü zamanı deyib.
 
Dövlət başçısı bildirib ki, dünyada böhran yaşandığı indiki vəziyyətdə neft hasil edən ölkələr müəyyən çətinliklərlə üzləşiblər: "Yenə də xarici mətbuatı izləyərkən görürəm ki, anti-Azərbaycan qüvvələr necə də sevinirlər və uydurmalar yayırlar. Əfsuslar olsun ki, mötəbər mətbu orqanlar da bu yalan kampaniyasına qoşulmuşlar. Xüsusilə, bu yaxınlarda "Financial Times” qəzeti iki, ya üç məqalə dərc etmişdi. Tamamilə cəfəng mövzuda olan yazılar ki, guya Azərbaycan beynəlxalq maliyyə qurumlarından yardım istəmişdir. Birincisi, bu, yalandır. Biz heç kimdən yardım istəməmişik. Buna ehtiyac yoxdur. Bizim maliyyə vəziyyətimiz kifayət qədər möhkəmdir. Heç bir çətin vəziyyət yoxdur. Bizim maliyyə göstəricilərimiz dünya miqyasında ən yüksək səviyyədədir – istər xarici borc olsun, istər valyuta ehtiyatları, istərsə də iqtisadi inkişaf olsun”.
 
Prezident İlham Əliyevin sözlərinə görə, indi bir mövzunu da xarici mətbuat xüsusilə gündən-günə qabardır ki, Azərbaycanda kütləvi etirazlar baş veribdir: "Sual olunur - bir gün əgər 100, ya 150 nəfər hər hansı bir etiraz edibsə, bu, nə dərəcədə kütləvi etiraz sayıla bilər? Bir gün. Ermənistanda prezident seçkilərində saxtakarlığa görə müxalifət aylarla meydanlarda idi, polis onlara zor tətbiq edirdi, su ilə, qaz ilə onları dağıdırdı. Onlar meydanda kiçik çadırlar qurmuşdular. Bir dənə də olsun xarici mətbu orqan bunu işıqlandırmamışdı. Ondan sonra Ermənistanda "Elektromaydan” hadisəsi baş verdi. Aylarla insanlar meydanları zəbt etmişdilər. Bir dənə də olsun Qərb mətbuatında bu barədə heç bir məlumat getməmişdi. Yəni, bunu görmürsünüzmü? Bu, nəyi göstərir? Yenə də bizə qarşı qərəzli mövqeyi”.
 
Dövlət başçısı bildirib ki, Azərbaycan inamla inkişaf edir: "Bizim iqtisadi inkişafımız son illər ərzində dünya miqyasında ən sürətli idi. Görüləcək işlər və aparılacaq dərin islahatlar nəticəsində biz tamamilə neft amilindən asılılığı kənara qoyacağıq”. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol