• $
  • €
  • ₽
  • ₺
  • £

Dəmir yolu müəssisələrində çalışanların cəzalandırılması qaydası dəyişdi

Dəmir yolu müəssisələrində çalışanların cəzalandırılması qaydası dəyişdi
05.02.2016 10:06
Nazirlər Kabineti "Azərbaycan Respublikasının dəmir yolu müəssisələrində işçilərin İntizam Nizamnaməsi”ndə dəyişikliklər edib.

"Report”un xəbərinə görə, dəyişikliklə bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Nizamnamə sənədinə görə, işçinin intizamı pozmaqda təqsirli olması intizam pozuntusu hesab edilir. Dəmir yolu nəqliyyatının xidməti otaqlarında, qatarlarda və müəssisələrinin ərazilərində müəyyən edilmiş etik davranış qaydalarının, əmək və icra intizamının pozulması, hətta bu hal əmək vəzifələrinin icrası zamanı baş vermədikdə belə intizam pozuntusu hesab olunur. Hər bir intizam pozuntusuna görə yalnız bir intizam tənbehi verilə bilər.

İndiyədək şikayət işçiyə intizam tənbehinin verilməsinin icrasını dayandırmamaq hüququna malik idi.

Dəyişikliyə əsasən, işçiyə intizam tənbehinin verilməsinin icrası intizam tənbehinin verilməsinin icrasının dayandırılması barədə qərar qəbul edildiyi hallar istisna olmaqla, dayandırılmayacaq.

Şikayətin verildiyi hallarda, şikayət olunan intizam tənbehinin verilməsinin icrasının dayandırılması ilə bağlı məsələyə maraqlı şəxsin ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə şikayət instansiyasının öz təşəbbüsü ilə şikayət instansiyası tərəfindən dərhal baxılır və bu barədə müvafiq qərar qəbul edilir.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol