• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa Azərbaycanı Enerji Birliyində görmək istəyir

Avropa Azərbaycanı Enerji Birliyində görmək istəyir
05.02.2016 17:18

Energetika Nazirliyində Avropa Komissiyasının Enerji Birliyi katibliyinin direktoru Yanez Kopaçla görüş keçirilib.

ANN.Az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, görüşdə enerji sahəsində əməkdaşlıq məsələlərinin hazırkı səviyyəsi və gələcək perspektivləri müzakirə edilib. Avropanın enerji təhlüksizliyinin təmin olunmasında Azərbaycanın rolunun önəmi vurğulanaraq, "Cənub Qaz Dəhlizi”nin əhəmiyyətindən və layihənin icrasının uğurlu gedişatından bəhs edilib.

Bildirilib ki, neftin qiymətinin kəskin şəkildə düşməsinə baxmayaraq, ölkə iqtisadiyyatı inkişaf edir və enerji layihələri icra olunur. Energetika naziri Natiq Əliyev Azərbaycanın yanacaq-enerji resurslarına olan tələbatını tam ödəməklə neft məhsullları ilə yanaşı, qaz, elektrik enerjisinin ixracını da həyata keçirdiyini diqqətə çatdıraraq bildirib ki, hazırda enerji sektorunun əsas prioritetlərindən biri elektrik enerjisi ilə bağlı itkilərin azaldılması və enerji səmərəliliyinə nail olmaqdır.

Bu məqsədlə Energetika Nazirliyi tərəfindən hazırlanmış "Enerji resurslarından səmərəli istifadə və son tələbatçıların enerji effektivliyi üzrə Dövlət Proqramı (2015-2025-ci illər)” və "Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2015-2025-ci illər) üzrə Dövlət Proqramı" layihələrinin hazırlanması üzrə görülmüş işlər barədə məlumat verilib.

Qeyd edilib ki, bu istiqamətdə Enerji Birliyinin tövsiyələri və köməyindən bəhrələnmək faydalı olardı.

Enerji Birliyi katibliyinin direktoru Y.Kopaç isə enerji səmərəliliyi sahəsində qanunvericilik bazasının hazırlanması və təkmilləşdirilməsinə texniki dəstək göstərməyə, INOGATE regional enerji proqramı çərçivəsində yeni mərhələdə əməkdaşlığın inkişaf etdirilməsinə və islahatların aparılmasına kömək etməyə hazır olduqlarını bildirib. Avropa İttifaqının daxili enerji bazarının genişləndirilməsi məqsədilə 2006-cı ildə təsis edilmiş Enerji Birliyində tam hüquqlu və müşahidəçi qismində ölkələrin iştirakı mövzusuna da toxunan Y.Kopaç Azərbaycanı da gələcəkdə bu sırada görməkdən məmnun olacağını diqqətə çatdırıb.

Müzakirələr əsasında gələcəkdə "Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Enerji Birliyi arasında Protokol”un imzalanmasına hazırlıq barədə razılıq əldə olunub. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol