• $
  • €
  • ₽
  • ₺
  • £

Kəmaləddin Heydərov: 30-40 min yeni iş yerinin yaradılması gözlənilir

Kəmaləddin Heydərov: 30-40 min yeni iş yerinin yaradılması gözlənilir
05.02.2016 18:20
Fevralın 5-də fövqəladə hallar naziri Kəmaləddin Heydərov Salyandakı Heydər Əliyev Mərkəzində Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq rayon ictimaiyyəti nümayəndələri ilə görüşüb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Prezident İlham Əliyevin əhalinin məşğulluğunun təmin edilməsi, onun sosial müdafiəsinin gücləndirilməsi, dinamik iqtisadi inkişaf və regionların potensial imkanlarının hərəkətə gətirilməsi ilə bağlı qarşıya qoyulan vəzifələr müzakirə olunub.

Görüşdən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.

Görüşdə çıxış edən Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov rayonda aparılan abadlıq-quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri barədə məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin tapşırığı ilə Salyan şəhərini Babazanlı yaşayış massivi ilə birləşdirən körpünün tikintisi başa çatdırılıb, 4 mərtəbəli "Biznes mərkəzi”, rayonun Peyk kəndində 220 şagird yerlik yeni məktəb və Salyan rayonlararası Ağciyər Xəstəlikləri Xəstəxanasının binası istifadəyə verilib. Hazırda Qarabağlı və Kürqaraqaşlı kəndlərində hər biri 100 çarpayılıq uşaq bağçalarının, ərazi kənd təsərrüfatı idarəsinin, Çuxanlı-Gəncəli-Piratman-Parça Xalac-Seydan kəndlərini birləşdirən avtomobil yolunun tikintisi davam etdirilir.

"Regionların və bütövlükdə ölkənin dinamik inkişafı Prezident İlham Əliyevin yürütdüyü siyasətin strateji hədəfidir”, - deyən fövqəladə hallar naziri K.Heydərov regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələri diqqətə çatdırıb. Qeyd edib ki, dünyada baş verən qlobal iqtisadi böhranın Azərbaycan iqtisadiyyatına təsiri Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində minimuma endirilib. Yaradılan siyasi sabitlik, güclü iqtisadi potensial, vaxtında aparılan iqtisadi islahatlar neft amilindən asılılığı azaltdığını diqqətə çatdıran nazir bildirib ki, insan amili Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində durur. K.Heydərov əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımları, o cümlədən maaşların, pensiyaların, sosial müavinətlərin artırılmasını bunun bariz nümunəsi kimi səciyyələndirib.

Görüşdə qeyd olunub ki, dövlətimizin başçısı tərəfindən son günlərdə imzalanan fərman və sərəncamlar, qəbul edilən qərarlar, lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi, investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması özəl bölmənin inkişafına hesablanıb və Salyan rayonu da bu baxımdan istisna təşkil etmir. Yeni iş yerlərinin yaradılmasının əsas məsələlərdən olduğunu deyən K.Heydərov bildirib ki, ölkədə 30-40 min yeni iş yerinin yaradılması gözlənilir.

Nazir deyib ki, rayonda torpaqlardan səmərəli istifadə edilməli, ixracyönümlü məhsulların istehsalına diqqət artırılmalıdır. Aşağı faizlə uzunmüddətli kreditlərin verilməsi bu sahələrin perspektivini stimullaşdırır. Salyan rayonunun iqtisadi potensialına toxunan nazir bildirdi ki, rayonun böyük resursları, infrastrukturu var. Ona görə də bu potensial hərəkətə gətirilməli, pambıqçılıq, üzümçülük, taxılçılıq və aqrar sektorun digər sahələrində əsaslı nəticələrə nail olunmalıdır. Kür çayının imkanlarından maksimum istifadə edilməklə balıqçılıq genişləndirilməlidir. Bütün bunlar isə yüzlərlə yeni iş yerləri deməkdir.

Milli Məclisin deputatı Fəzail Ağamalı Prezident İlham Əliyevin verdiyi tapşırıqların icrasının ölkənin, eləcə də Salyanın inkişafına böyük imkanlar yaratdığını söyləyib.

Görüşdə bir sıra təkliflər səsləndirilib, qaldırılan problemlərin bir qismi yerindəcə həll olunub, bəziləri ilə bağlı müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib.

Çıxış edən ictimaiyyət nümayəndələri göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol