• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-in əməkdaşı “SITE Scientific Seminars” proqramına dəstək oldu

Azercell-in əməkdaşı “SITE Scientific Seminars” proqramına dəstək oldu
09.02.2016 10:10
Ölkənin lider mobil operatoru Azercell Telekom-un hər zaman ölkədə təhsilin inkişafına dəstək olan müxtəlif layihələr həyata keçirməsilə yanaşı, şirkətin yetişdirdiyi istedadlı mütəxəssislər də bu sahədə öz geniş töhfəsini verməkdə davam edir.

 Belə ki, Azercell-in müxtəlif şöbələrində çalışan peşəkarlar respublikada fəaliyyət göstərən müxtəlif təhsil ocaqlarında tələbələr üçün seminarlarda iştirak edərək nəzəri bilgiləri və zəngin iş təcrübəsi ilə bölüşürlər. Bu dəfə Azercell-in əməkdaşı İnformasiya Texnologiyaları və Mühəndislik (SITE) Məktəbinin həyata keçirdiyi "SITE Scientific Seminars” proqramına dəstək oldu. Belə ki, proqram çərçivəsində keçirilən görüşlərdən biri də fevralın 5-də də Azərbaycan Diplomatiya Akademiyasında (ADA) baş tutub. Bu dəfə mühazirəçi qismində Azercell-in Məhsul və Xidmətlərin test olunması bölümünün rəhbəri Cavid Kərimov çıxış edib. Cavid Kərimov Azərbaycan Dövlət Neft Akademiyasında Avtomatlaşdırılmış İdarəetmə Sistemləri,daha sonra isə Azərbaycan Dövlət Neft Akademiyası və Corciya Universitetində MBA proqramı üzrə Kompüter İnformasiya Sistemləri ixtisasına yiyələnib."Azercell öz məhsullarıniı necə test edir” adlanan seminarda Cavid Kərimov "Proqram təminatının test edilməsi" nədir və nə üçün lazımdır, Proqram təminatının yoxlanılması haqqında ilkin anlayişlar, Proqram təminatının test edilməsi prinsipləri haqqında öz bilgilərini tələbələrlə bölüşüb. Mühazirəçi, eyni zamanda Azercell şirkəti öz məhsullarını hansı şəkildə test edir, müştəriləri keyfiyyətli məhsul ilə təmin etmək üçün hansı və neçə mərhələli test üsullarından istifadə etməsi haqqında məlumatları da seminar iştirakçılarına çatdırıb. Daha sonra isə bu bilgilərin daha yaxşı mənimsənməsi üçün qrup məşğələləri keçirilib.

Məlumat üçün bildirək ki,İnformasiya Texnologiyaları və Mühəndislik (SITE) Məktəbi ölkənin inkişaf prioritetlərinə uyğun olaraq ,müasir tələblərə cavab verən yüksək ixtisaslı İT mütəxəssisləri və mühəndislər potensialının yaradılması məqsədilə 2012-ci ildə təsis olunub.

Azercell-in yüksək ixtisaslı mütəxəssisləri bundan sonra da öz bilik və bacarıqlarını tələbə və gənclərlə müxtəlif seminar, mühazirə və məşğələlər vasitəsilə bölüşməyə davam edəcəklər.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol