• $
  • €
  • ₽
  • ₺
  • £

Ziyad Səmədzadə: "Cənab prezident haqlı olaraq bu qanuna veto qoydu"

Ziyad Səmədzadə: "Cənab prezident haqlı olaraq bu qanuna veto qoydu"
24.02.2016 15:52
Bu sözləri jurnalistlərə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri akademik Ziyad Səmədzadə deyib. 

ANN.Az xəbər verir ki, bu gün "Grand Hotel Europe"da "Caspian European Club" (Сaspian Business Club) çərçivəsində Azərbaycan Respublikası Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Akademik Ziyad Səmədzadə ilə biznes-forum keçirilib. 

Onun sözlərinə görə, çünki vaxtilə qəbul edilmiş valyuta tənzimləmələri haqqında qanunda çox düzgün maddələr vardı: "Lakin yeni maddələr nəzərdə tuturdu ki, insanlar iki dəfə eyni şeyə görə vergi versinlər. İlk növbədə cənab prezident Azərbaycan vətəndaşının konstitusion maraqlarının qorunmasının, təminatçısıdır. Bu qanun da əlavə edilmiş müddəalarda müəyyən mənada vətəndaşların konstitusion maraqlarını təmin etmirdi. Qanunda nəzərdə tutulurdu ki, əmlaklnı satıb, xaricə pul köçürən adam, əgər müəyyən həddi keçibsə, yenə də vergi ödəməlidir. Bütövlükdə bu qanun qəbul edilsəydi, investisiya mühütinə, istər daxildə, istər xaricdə mənfi təsir göstərəcəkdi. Bütün bunları nəzərə alıb, prezident bu qanuna veto qoydu. Milli Məclis də prezidentin bu fikrini təsdiq etdi.

Qeyd edək ki, forumda həmçinin "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin yeni layihələrinin təqdimatı, "Caspian European Club" ("Сaspian Business Club") Azərbaycan Dövlət İqtisad Universiteti ilə və Azərbaycan Texniki Universiteti ilə əməkdaşlıq haqqında memorandumlar imzalanması və "Azmetko Kompleks Sazlama və Avtomatlaşdırma” ASC Direktorlar Şurasının Sədri Şükür Ağazadəyə VSL Şirkətinin nümayəndələri tərəfindən yeni beynəlxalq CMC (Calibration and Measurement Capabilities - Ölçmə və Kalibrləmə İmkanları) Sertifikatının təqdim edilməsi mərasimi keçiriləcək

Orxan Aslanlı

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol