• $
  • €
  • ₽
  • ₺
  • £

"Sahibkarlar üçün ən güzəştli şərtlərlə kreditlər veriləcək"

"Sahibkarlar üçün ən güzəştli şərtlərlə kreditlər veriləcək"
24.02.2016 17:35
Bu sözləri jurnalistlərə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri akademik Ziyad Səmədzadə deyib. 

ANN.Az xəbər verir ki, bu gün "Grand Hotel Europe"da "Caspian European Club" (Сaspian Business Club) çərçivəsində Azərbaycan Respublikası Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Akademik Ziyad Səmədzadə ilə biznes-forum keçirilib. 

Deputat bildirdi ki, sosial proqramların, sosial müdafiə xərclərinin 600 mln. manatdan çox artırılması nəzərə tutulur: "İlk növbədə qeyri-neft sektorunun inkişafı, sahibkarlığın inkişafı hesabına vergi daxilolmaları artacaq. Əgər neft gəlirləri üzrə vergi daxilolmaları180 milyon manat azalacaqsa, qeyri-neft sektorunun inkişafı hesabına büdcə gəlirləri artacaq. Sosial proqramlar, əhalinin sosial müdafiəsi, əmək haqlarının artması, təqaüdlərin vaxtında verilməsi və.s ilə əlaqədar xərclər də artacaq. 2016-cı ilin dəqiqləşdirilmiş büdcəsi bizim üçün qlobal sarsıntılar şəraitində hazırladığımız ən alternativ büdcədir."

Z.Səmədzadə əlavə edib ki, rayonların üzərinə konkret vəzifələr qoyulub ki, hər bir rayonun il ərzində fəaliyyəti qiymətləndirilərkən sahibkarlıq mühitinin yaxşılaşdırılması, iş yerlərinin yaradılması nəzərə alınacaq: "Sahibkarlar üçün ən güzəştli şərtlərlə kreditlər veriləcək. Yoxlamalar azalır, şəffaflıq artır ki, bu da bütövlükdə investisiya mühitini yaxşılaşdıracaq. Biz əhalinin işlə təminatını gücləndirmək üçün üzümüzü rayonlara tutmalıyıq. Hazırda üzümçülük, şərabçılıq, ipəkçilyin inkişafı üçün müəyyən proqramlar hazırlanır. Emal sənayesinin strukturu, yeyinti sənayesi, maşınqayırmanın, xüsusilə də regionlarımızın inkişafına çalışırıq. Həmçinin, ipoteka kreditlərinin xeyli hissəsinin regionlara verilməsinə çalışırıq."

Komitə sədrinin sözlərinə görə, bəzən deyirlər ki, siz investisiyaları düzgün xərcləmirsiz: "Bəs bu qədər iqtisadi inkişafa, yol xərclərinə çəkilən xərclər hara gedir? Pribaltikada iş qurmaq Azərbaycanda iş qurmaqdan fərqlənir. Nəzərə almaq lazımdır ki, Azərbaycan əhalisi hər il artır. Azərbaycan xalqında demoqrafik inkişaf daha yüksəkdir". 

Z.Səmədzadə qeyd edib ki, məşğulluq problemi bizim üçün çox vacibdir məsələdir: "Çünki məşğulluqla bağlı məsələyə prezident özü də münasibət bildirmişdi ki, bu sahə inkişaf etdirilməlidir. Bundan sonra üzümüzü tutmalıyıq rayonlara. Mingəçevir, Yevlax kimi şəhərlərdə bizim müəssiələrimiz olmalıdır ki, iqtisadiyyat da inkişaf daha da artsın. Narahatlıq doğuran digər məsələlərdən biri də kənd təsərrüfatıdır.  Buna görə də kənd təsərrüfatı işlərinin inkişafına önəm verməliyik. Üzüm sahələrini inkişaf etdirməliyik. Taxılçılıq, pambıqçılıq və digər sahələrə bundan sonra daha çox önəm verilməlidir."  

Qeyd edək ki, forumda həmçinin "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin yeni layihələrinin təqdimatı, "Caspian European Club" ("Сaspian Business Club") Azərbaycan Dövlət İqtisad Universiteti ilə və Azərbaycan Texniki Universiteti ilə əməkdaşlıq haqqında memorandumlar imzalanması və "Azmetko Kompleks Sazlama və Avtomatlaşdırma” ASC Direktorlar Şurasının Sədri Şükür Ağazadəyə VSL Şirkətinin nümayəndələri tərəfindən yeni beynəlxalq CMC (Calibration and Measurement Capabilities - Ölçmə və Kalibrləmə İmkanları) Sertifikatının təqdim edilməsi mərasimi keçirilib.

Orxan Aslanlı

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol