• $
  • €
  • ₽
  • ₺
  • £

İxtiraçılıq üzrə müsabiqə elan edildi

İxtiraçılıq üzrə müsabiqə elan edildi
07.03.2016 14:20
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ixtiraların, yeni texnologiyaların yaradılması və tətbiqinə alimlərin, ixtiraçıların, mühəndis-texniki işçilərin və təsərrüfat subyektlərinin cəlb edilməsinə yardım göstərilməsi, ixtiraçılıq sahəsində təbliğatın genişləndirilməsi  məqsədilə perspektivli patentlərin müəyyən edilməsi, istifadəyə təklif olunması üçün ixtiraçılıq sahəsində nailiyyətlərə görə III Respublika Müsabiqəsi elan edir.
 
Komitədən ANN.Az-a verilən məlumata görə, müsabiqə 2014-2015-ci illərdə dövlət qeydiyyatına alınan ixtira patentləri arasında "İlin Patenti” nominasiyası üzrə qalibi müəyyən etmək məqsədilə keçirilir. Müsabiqəyə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə məxsus olan və 2014 - 2015-ci ilərdə Avrasiya Patent İdarəsində qeydiyyata alınan Avrasiya patentləri də təqdim oluna bilər.
 
Müsabiqə komissiyası tərəfindən müsabiqənin nəticəsindən asılı olaraq birinci, ikinci və üçüncü yerləri tutan qaliblərə müvafiq diplom, xatirə hədiyyələri və pul mükafatları təqdim olunacaqdır.
 
Müsabiqədə iştirak etmək istəyən fiziki və hüquqi şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:
 
1.Təqdim olunan sənədlərin siyahısını özündə əks etdirən  ərizə-təqdimat. Ərizə patent sahibi və ya etibarnamə əsasında onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır;
2. Patentin əsli ilə birlikdə surəti;
3. Patentə məxsus ixtiranın bütün materialları (ixtiranın təsviri, düsturu, referatı, texnoloji sistemi, cizgiləri və s.);
4. Mümkün istifadə sahəsi göstərilməklə əhəmiyyəti, ixtiranın səmərəsi haqqında əsaslandırılmış məlumatlar;
5. Patent sahibi tərəfindən verilən səlahiyyəti təsdiqləyən etibarnamə (zərurət olduqda);
6. Patentlə bağlı patent sahibi tərəfindən zəruri sayılan digər sənədlər.
 
Müsabiqədə iştirak etmək istəyən səxslər  sənədləri 09 Aprel 2016-cı il tarixinə kimi həftənin I - V günləri saat 14.30-dan-17.30-dək Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzinin (AzPatent) İnformasiya təminatı şöbəsinə (AZ 1009, Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsi 53; Xarici İşlər Nazirliyinin arxa tərəfindəki hündürmərtəbəli bina) təqdim edə bilərlər.
 
Daha ətraflı məlumat almaq üçün (012) 594 37 70 (71) (daxili 2-08), o cümlədən  050 328 04 51;  055 491 04 69 telefon nömrələri ilə (Şərif Kərimli) müraciət etmək olar.



www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol