• $
  • €
  • ₽
  • ₺
  • £

Unibank dünyanın nüfuzlu maliyyə qurumu ilə əməkdaşlığa başladı

Unibank dünyanın nüfuzlu maliyyə qurumu ilə əməkdaşlığa başladı
11.03.2016 13:55
Unibank-ın beynəlxalq maliyyə tərəfdaşları siyahısına daha bir təşkilat əlavə olunub. 

Unibank dünyanın nüfuzlu və nəhəng maliyyə qurumlarından olan Unicreditgroup-la əməkdaşlığa başlayıb. Bu, Unibank-ın korporativ müştəriləri üçün daha bir imkan deməkdir. Beynəlxalq ticarətlə məşğul olmaq istəyən korporativ müştərilərin ticarət əməliyyatları Unicreditgroup tərəfindən dəstəklənəcək. Bu əməkdaşlıq bankın sənədli əməliyyatlar və ticarətin maliyyələşdirilməsi üzrə tərəfdaşlar şəbəkəsini davamlı genişləndirməsinin daha bir göstəricisidir. Unicreditgroup tərəfindən ayrılan kredit xətti sənədli əməliyyatları biznes üzrə müştərilərə göstərilən xidmətlərin səmərəliliyinin artırılmasına imkan verəcək. Unibank bu xidmətdən istifadə edən korporativ müştərilərinə maliyyə dəstəyi də göstərəcək.

Qeyd edək ki, Unicreditgroup – Avropa ölkələrində və dünyada 50-yə yaxın geniş bank şəbəkəsi olan ən böyük maliyyə qruplarından biridir. Mərkəzi və Şərqi Avropada böyük beynəlxalq bank şəbəkəsinə malik qrupun, bir çox keçmiş SSRİ ölkələrində də törəmə bankları mövcuddur.

Ölkəmizdə sahibkarlığın inkişafına dəstək hər zaman Unibank-ın prioritetlərindən biri olaraq qalır. Yüksək keyfiyyətli bank xidmətlərindən faydalanmaq üçün sahibkarlar bankın "Qara Qarayev”, "İçərişəhər” , "Dərnəgül” , "Yasamal” filialları və "Unibank- biznes mərkəzi”nə, eləcə də Unibank-ın bölgə filiallarına müraciət edə bilərlər. Məqsəd bankın ölkənin iqtisadi inkişafına dəstəyini bir qədər də gücləndirməkdir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az ,https://twitter.com/unibank ) əldə etmək olar.

Unibank- Biznesinizə daimi dəstək!

Unibank-hər kəsin bankı!

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol