• $
  • €
  • ₽
  • ₺
  • £

"Bəzi bank sahibləri banklarına mağaza kimi baxır"

"Bəzi bank sahibləri banklarına mağaza kimi baxır"
11.03.2016 14:20
 "Banklarda manat likvidliyinin artırılmasının ən doğru yolu dedollarizasiya prosesinin həyata keçirilməsidir".
 
"APA-Economics" xəbər verir ki, bu barədə prezident İlham Əliyevin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov "Azərbaycanda aparılan iqtisadi islahatlara Azərbaycanda Amerika Ticarət Palatasının dəstəyi" mövzusunda keçirilən konfransda bildirib.
 
"Maliyyə Bazarlarına Nəzarət Palatasının və beynəlxalq maliyyə təşkilatlarının bununla bağlı öz təklifləri var. Bu problemin aradan qaldırılması istiqamətində ciddi işlər aparılır və biz bu istiqamətdə ciddi addımlar atmağı düşünürük. Təkliflərdən biri uçot dərəcəsinin qaldırılması ilə bağlıdır. Düşünmürəm ki, Mərkəzi Bank uçot dərəcəsini 15%-dək qaldırsa, likvidlik problemi həll olunacaq. Sadəcə tədbir xətrinə tədbir görmək doğru deyil. Düşünülmüş addımlarla, geniş diapazonda baxış sərgiləməklə manat likvidliyini bərpa edə bilərik. Beynəlxalq praktikaya müraciət etmək lazımdır", - deyə N. Əmirov qeyd edib.
 
Prezidentin köməkçisinə təbdir iştirakçılarından biri manat əmanətləri üzrə sığortalanan faiz dərəcələrinin artırılması ilə bağlı sual ünvanlayıb. N. Əmirov cavabında deyib ki, bu addımı doğru hesab etmir: "Siz təklif edirsiniz ki, sığortalanan faiz dərəcələrini 12%-dən 16%-dək artıraq. Bəziləri bu rəqəmin 18%-dək artırılmasını təklif edir. Yaxşı, qaldıraq... Bank 18%-lə cəlb etdiyi vəsaitlə nə edəcək, harada yerləşdirəcək? Siz düşünürsünüz ki, sahibkarlara 30%-lə kredit verib, bu sahəni inkişaf etdirə biləcəyik? 18%-lə vəsaitin cəlb olunması banklarda sadəcə pul yığınının yaranmasına səbəb olacaq. Bu vəsaiti idarə etmək çətin olacaq və banklar riskli kreditlər vermək məcburiyyətində olacaq. Ardınca həmin kreditlərin qaytarılması da ciddi problem olacaq".
 
N. Əmirov bankların kredit siyasətini də sərt tənqid edib: "Banklar cəlb etdiyi vəsaiti mütləq real sektorda yerləşdirmək məcburiyyətindədir. Bu gün kreditlərin qaytarılmasında problemlər var. Bu problemə banklar tərəfindən kredit siyasətinin düzgün aparmaması səbəb olub. Açıq demək lazımdır ki, bəzi bankların sahibləri banklara bir mağaza kimi baxır. Həmin şəxslər konkret adamlara kreditlərin verilməsi ilə bağlı göstərişlər verir. Bankların idarə olunmasında problemlər var. Bu gün biz bankları qorumalıyıq, özü də birinci növbədə onların sahiblərindən qorumalıyıq. Kreditlər və depozitlər üzrə faiz dərəcələri optimallaşdırılmalıdır".

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol