• $
  • €
  • ₽
  • ₺
  • £

“FES fərqli qərar versəydi, dolların kəskin möhkəmlənməsi baş verəcəkdi” - AÇIQLAMALAR

“FES fərqli qərar versəydi, dolların kəskin möhkəmlənməsi baş verəcəkdi” - AÇIQLAMALAR
17.03.2016 13:23
ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) uçot dərəcəsini dəyişməyərək 0,25-0,5% -də saxlaması dünya bazarına öz təsirini həmən göstərdi: dollar ucuzlaşmağa, neft isə bahalaşmağa başladı.

FES-in son qərarını ANN.Az-a iqtisadçı ekspertlər Fikrət Yusifov və Vüqar Bayramov şərh ediblər.


Dolların bahalanması ABŞ iqtisadiyyatının inkişafına təsirsiz ötüşməyəcək – Fikrət Yusifov

Sabiq maliyyə naziri Fikrət Yusifov FES-nin bu addımının gözlənilən olduğunu deyib: "ABŞ Federal Ehtiyatlar Sisteminin iki günlük iclasının yekununa dair qəbul etdiyi qərara görə, uçot dərəcəsi 0,25 - 0,50 faiz diapazonunda saxlanılıb. Qərarın dəyişdirilməməsi qlobal iqtisadiyyatda mövcud olan risklərlə izah edilir. Əslində bu gün dünya iqtisadiyyatının ¼-nə sahib olan ABŞ FES-nin bu addımı gözlənilən idi. Bu qərarla qlobal iqtisadiyyatın maraqları ABŞ-nın iqtisadi maraqlardan daha üstün tutuldu. Artıq ABŞ qlobal iqtisadiyyatda baş verən təlatümlərin onun öz iqtisadiyyatı üçün nə kimi nəticələrə gətirib çıxaracağının fərqindədir. Digər tərəfdən dolların bahalanması nəticə etibarı ilə Birləşmiş Ştatlarda iqtisadiyyatın inkişafına da təsirsiz ötüşməyəcək, ixrac potensialının zəifləməsinə gətirib çıxaracaq. Məhz bu səbəbdən də FES uçot dərəcəsinin qaldırılmasına getmədi. Dolların bir qədər ucuzlaşması, neftin qiymətlərinin müəyyən qədər artması isə nəticə etibarı ilə qlobal iqtisadiyyatda inkişaf meyllərinin baş qaldırması ilə nəticələnəcək. ABŞ iqtisadiyyatının qlobal iqtisadiyyatın dirçəlməsindən əldə edəcəyi dvidentlər isə kifayət qədərdir. Yəni burada hər qərar üzrə dəqiq hesablamalar mövcuddur. ABŞ bundan əvvəl uçot dərəcəsini artıraraq, dolların sürətlə bahalaşmasına nail oldu və bütün dünyaya göstərdi ki, onun ilk baxışda çox sadə görünən bir qərarı dünya iqtisadiyyatına, maliyyə bazarına necə təsir etmək iqtidarındadır. Sonradan isə bu qərarı dəyişib, əks effekt almaqla, onun istəyi ilə bunu əksinin necə baş verdiyini hər kəsə anlatdı. Bu həm də dünya iqtisadiyyatı və maliyyə sistemi üçün bir əzələ nümayişi idi”.



Uçot dərəcəsinin dəyişdirilməsini əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil – Vüqar Bayramov 

İqtisadçı ekspert Vüqar Bayramov da FES-in uçot dərəcəsinin dəyişməməsini gözlənilən olduğunu vurğulayıb: "Bir neçə gün öncə Avropa Mərkəzi Bankı uçot dərəcəsini azaltdı və əlavə olaraq valyuta bazarına 20 milyard Avroluq emisiya etmək barədə qərar qəbul etdi. Amma əgər FES uçot dərəcəsinin artırılması ilə bağlı qərar qəbul etsəydi, dolların kəskin möhkəmlənməsinə gətirib çıxaracaqdı. Ona görə də uçot dərəcəsini dəyişmədi. Ümumiyyətlə, uçot dərəcəsinin dəyişdirilməsini əvvəlcədn proqnozlaşdırmaq mümkün deyil. Həm də eyni zamanda digər ölkələr də - Avropa Birliyi və Çində də uçot dərəcəsinə baxaraq qərar qəbul olunur.  Nəzərə alsaq ki, Avropa Mərkəzi Bankı uçot dərəcəsini yaxın vaxtlarda aşağı salmağı düşünmür. FES-in yığıncağında uçot dərəcəsinin dəyişilməsi yalnız ABŞ-dakı vəziyyət və ordakı əsas ticarət dövriyyəsinin uçot dərəcəsinə uyğun olaraq qəbul ediləcək”. 

Orxan Aslanlı     

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
İqtisadiyyat 12:48
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
İqtisadiyyat 12:28
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
İqtisadiyyat 12:01
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
İqtisadiyyat 11:58
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
İqtisadiyyat 11:54
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol